Bakıda demokratik transformasiyaların həyata keçirilməsində Azərbaycan modeli mövzusunda seminar təşkil olunub

Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə noyabrın 16-da “Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” adlı beynəlxalq seminar keçirilib.MDB PA DİMBİ-nin Bakı filialından AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə institutun müxtəlif ölkələrdəki filiallarının rəhbərləri, Milli Məclisin deputatları, MDB PA DİMBİ və onun filiallarının əməkdaşları, ictimaiyyət, elm xadimləri, müxtəlif QHT nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.MDB PA DİMBİ Bakı filialının direktoru Teymur Muradov tədbiri açaraq filial tərəfindən cari ildə “Demokratik transformasiyaların həyata keçirilməsində dövlət proqramlarının rolu: Azərbaycan modeli” adlı elmi-araşdırma işinin aparıldığını, elmi-araşdırma işi nəticəsində ölkəmizdə dövlət proqramlarının demokratik islahatlarda rolunun tədqiq edilərək öyrənildiyini iştirakçıların diqqətinə çatdırıb.MDB PA Şurası Baş Katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA Şurasının Baş katibi D.A. Kobitskiyin adından beynəlxalq seminar iştirakçılarını salamlayıb.Sonra çıxış edən MDB PA DİMBİ-nın rəhbəri İvan Muşket Beynəlxalq Monitorinq İnstitutunun tədbirlərinin mahiyyətini və onların inteqrasiya və qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətini qeyd edib.Tədbirdə Belarus parlamentinin səlahiyyətli nümayəndəsi Viktor Koqut, Tacikistan Ali Məclisinin səlahiyyətli nümayəndəsi Baxtovar Safarzoda, MDB PA DİMBİ-nin Bişkek filialının direktoru İslambek Mursabekov müvafiq olaraq təmsil etdikləri ölkələrdə bu və digər istiqamətlərdə həyata keçirilən dövlət proqramları və islahatlar barədə geniş məruzələrlə çıxışlar ediblər.Daha sonra qanunvericilik, məhkəmə, rəqəmsal texnologiyalar və innovasiyalar, korrupsiya ilə mübarizə, gender məsələləri, seçkilər, insan hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə müvafiq dövlət qurumlarının əməkdaşlarının müvafiq mövzularda məruzələri dinlənilib.

Sonda Beynəlxalq Monitorinq İnstitutu və onun Bakı filialı ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir