Noyabrın 24-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb, Şəmkirçayın Qalakənd, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi dəyişməyib, Qusarçayın Kuzun və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor məntəqələrində 1 santimetr, Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 165 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normadan 89 faizinə bərabərdir. Hazırda sululuq keçən illə müqayisədə 3 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 27,2 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Sululuq ötən illə müqayisədə 2,6 dəfə azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb. Hazırda məntəqədə su sərfi 76 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 16 faizinə bərabərdir. Sululuq keçən illə müqayisədə 21 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 113 santimetr təşkil edib. Bankə məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 78 santimetr olub.