Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Qloballaşan dünyanın təsirlərinə qarşı effektiv mübarizə – Milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasını başa çatdırıb.
Layihə çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov (//m.youtube.com/live/8YKozS4UY3E?feature=share&fbclid=IwAR1lWe0LcsBdk59RAk44EEVJ3QiGjAr2knaALMIKWQx_vEM3cvMA19rlHJI), İlahiyyat İnistitutunun “Dinsunaslıq” kafedrasinin müdiri Anar Qafarov (//youtube.com/live/rbCkimXOUYg?feature=share) və “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri, tədqiqatçı alim Ceyhun Bayramlının (//m.youtube.com/live/22mytdn8Z_I?feature=share&fbclid=IwAR3qU46jO089A0Fqe6byPFTkS4InZJIdLb7cXTx63M_K1kUNKehQI5aftPs) iştirakı ilə 3 veriliş hazırlanıb və internet televiziyasında canlı efirdə yayımlanıb.
Eyni zamanda qloballaşmanın müasir təsir vasitələri və onlara qarşı effektiv mübarizə metodları, milli-mənəvi dəyərlərimizin təbliğində əsas götürülməli olan başlıca prinsiplər və s. mövzulara həsr olunan kitabça və buklet nəşr olunub.
Layihə çərçivəsində işıq üzü görən çap məhsulları Lənkəran şəhərinin Mədəniyyə Mərkəzində keçirilən tədbirin iştirakçılarına və digər şəxslərə paylanılıb.
Tədbirdə çıxış edən DANİB sədri Elməddin Behbud, jurnalist, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin məsul əməkdaşı Cəmil Axundzadə və digər şəxslər xalqın milliliyinin və tarixi yaddaşının qorunmasının onun gələcəkdə müstəqil inkişafını təmin edən başlıca amillərdən olduğunu vurğulayıblar.
Ekspertlər qloballaşmanın milli dövlət, millət və vətən anlayışlarını qəbul etmədiyini, milli-mənəvi dəyərlərdən imtina olunmasını təşviq etdiyini və bu prosesin yarada biləcəyi təhlükələr barədə fikirlərini bildiriblər.