Xəzərin Bilgəh sahilində təmizlik aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində könüllülər Xəzərin Bilgəh sahilində təşkil olunan “Birlikdə” təmizlik aksiyasında iştirak ediblər.

İməcilik zamanı könüllülərin iştirakı ilə sahilyanı ərazi 200 kq-dan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyasının keçirilməsində məqsəd gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etmək və onlarda ekoloji məsuliyyət hissinin formalaşmasına nail olmaqdır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir