Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Orenburqdakı diasporumuz tərəfindən “Əlaçı” kampaniyasına start verilibOrenburqdakı diasporumuz tərəfindən “Əlaçı” kampaniyasına start verilib

“Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən “Əlaçı” kampaniyasına start verilib.Bu haqda saytımıza “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimov məlumat verib. Yaşar Məsimov deyib ki,