Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon (dörd milyon iki yüz otuz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Enerji diplomatiyasıEnerji diplomatiyası

Cari ilin 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarstana səfər etmiş və Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

Türkiyənin Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş təşkil olunubTürkiyənin Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş təşkil olunub

İyun ayının 4-də Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü” çərçivəsində Azərbaycanın xanım millət vəkilləri ilə görüş təşkil olunub. Görüşdə millət vəkili Tamam Cəfərova da iştirak edib. Görüş Türkiyənin Azərbaycandakı

Layihəyə yekun vurulduLayihəyə yekun vuruldu

“Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbatcan Respublikasının Gənclər Fondunun Dəstəyi ilə “Şəhidlər və Şahidlər” Vətən Müharibəsi Qəhrəmanlarımızı tanıyaq və taniyaq adlı layihə həyata keçirilib. Təşkilatın sədri