Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlanıb

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib: […]

Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Azərbaycanda meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Bu sıradan ölkədə nəhəng su anbarları, kanallar istismara verilib. […]

Sabah hava yağmursuz olacaq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən saytımıza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti […]

Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsi stimullaşdırılır

Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib. Qeyd edək ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə […]

Tərəflər Konfransı: Qlobal temperatur yüksəldikcə dayanıqlılıq üçün daha çox maliyyə tələb olunur

Qlobal temperatur yüksəlməyə davam etdikcə həm uyğunlaşma, həm də dayanıqlılıq üçün daha çox maliyyə vəsaiti tələb olunur. “Report” xəbər verir ki, bu, İqlim Dəyişmələri üzrə 27-ci Tərəflər Konfransında bildirilib. Konfransın dünənki iclası iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi mövzusuna həsr olunub. Bildirilib ki, bu mövzu Konvensiya və Paris Sazişi üzrə danışıqlar prosesinin mərkəzində dayanır. Günün birinci hissəsində BMT-nin baş […]

Yağış xəbərdarlığı

Noyabrın 11-dən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Ekosular.az”a verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Günəşli qəsəbəsində “Bir ağac-min nəfəs” aksiyası keçirilib

Növbəti ting paylama aksiyası Günəşli qəsəbəsində yerləşən “Araz” superstorun qarşısında keçirilib, işlənmiş plastik, şüşə, kağız və batareya təhvil verən vətəndaşlara ağac tingləri verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “ARAZ” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan aksiya zamanı ümumi […]

Xəzərin çirklənməsi hansı problemlərə yol açır?

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində son illər ekoloji problemlər daha da artmaqdadır. Ekoloji problemin səbəblərinə gəldikdə […]

Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihə həyata keçirilir

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqini həyata keçirməyə başlayıb. Layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində “ekosular.az” saytı […]