Gündəlik qlobal neft hasilatı bu il 100 mln. barelə çatacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft hasilatının artım tempi üzrə proqnozunu dəyişməyib.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2022-ci ildə gündəlik qlobal neft hasilat 4,6 mln. barel artacaq və 99,9 mln. barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir.

“2023-cü ildə gündəlik qlobal neft hasilatı əvvəlki illə müqayisədə cəmi 740 min barel artaraq 100,7 mln. barelə çatacaq”, – hesabatda qeyd olunur.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir