Sabah hava yağmursuz olacaq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən saytımıza verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Yağış xəbərdarlığıYağış xəbərdarlığı

Noyabrın 11-dən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Ekosular.az”a verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Tərəflər Konfransı: Qlobal temperatur yüksəldikcə dayanıqlılıq üçün daha çox maliyyə tələb olunurTərəflər Konfransı: Qlobal temperatur yüksəldikcə dayanıqlılıq üçün daha çox maliyyə tələb olunur

Qlobal temperatur yüksəlməyə davam etdikcə həm uyğunlaşma, həm də dayanıqlılıq üçün daha çox maliyyə vəsaiti tələb olunur. “Report” xəbər verir ki, bu, İqlim Dəyişmələri üzrə 27-ci Tərəflər Konfransında bildirilib. Konfransın dünənki

Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı