DİM aprelin 2-də 27 mindən çox abituriyent üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də növbəti imtahanlar keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanlarda 27 mindən çox abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. Aprelin 2-də keçiriləcək imtahanların siyahısı aşağıdakı kimidir: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə […]
Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb

Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”, – nazirlikdən bildirilib.
Tanınmış ictimai xadim Arif İbrahimov 70 illik yubileyini qeyd edir

Bu gün, martın 29 tanınmış ziyalı, ictimai xadim Arif İbrahimov 70 illik yubileyini qeyd edir. İbrahimov Arif İbrahim oğlu 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. İxtisasca şərqşünas olan A.İbrahimov 1973-1980-cı illərdə Əfqanıstanda hərbi xidmətdə olmuşdur. Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri Komitəsi tərəfindən xüsusi medal ilə təltif olunmuşdur. 1980-1982-ci illərdə Azərbaycan […]
Qobustan rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Qobustan rayonunda Forum keçirilmişdir. Rayon gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, dini qurumlarla iş və digər strukturların iştirakı ilə Qobustan […]
Türkün şanlı zəfəri adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib (FOTO=5)

14 mart 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İB-nin təşkilatçılığı, Nərimanov rayon Gənclər və İdman İdarəsi, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İB-nin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha […]
Talış kəndinə Böyük Qayıdış davam etməkdədir

Prezident İlham Əliyev: “…artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır” İşğaldan azad olunmuş ərazilərdə də Novruz tonqallarının yandırılması hər birimizi qürurlandırır. Xüsusən Prezident İlham Əliyevin Norvruz bayramını bu ərazilərdə qeyd etməsi xalqımız üçün böyük ruh yüksəkliyi verir. Bu il də cənab Prezident öz ənənəsinə sadiq qalaraq işğaldan azad edilmiş daha bir […]
Küveytdə Novruz Festivalı keçirilib

Küveyt Diplomatik Qadınlar Komitəsinin təşəbbüsü, Küveyt Dövlətindəki diplomatik korpusun rəhbərliyinin təşkilatçılığı və bu ölkədə akkreditə olunmuş 10 diplomatik nümayəndəliyin iştirakı ilə Novruz Bayramı münasibətilə “Youm əl-Bahhar” parkında bahar festivalı keçirilib. Tədbirdə ölkələrin tarixini, mədəni irsini, musiqisini, milli mətbəxini və turizm potensialını əks etdirən geniş sərgi təşkil olunub. Sözügedən tədbirdə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyi də təmsil […]
Binəqədidə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı konsert keçirilib

18 mart 2023-cü il tarixində Binəqədi rayonunda Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, birliyi, mehribanlığı, barışığı və səmimiyyəti özündə əks etdirən Novruz bayramı münasibətilə “Novruz-dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” adlı bayram konserti təşkil olundu. Tədbirdə Rayon […]
Ucar rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Ucar rayonunda Forum keçirilmişdir. Rayon gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, dini qurumlarla iş və digər aidiyyətli strukturların iştirakı ilə […]
İnternat məktəbində bayramla əlaqədar xeyriyyə tədbiri keçirilib

Azərbaycan Braziliya Ciu-citsu Federasiyası və Bakı Baş Mədəniyyət İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin birgə təşəbbüsü və xeyirxah insanların dəstəyilə 8 nömrəli İnternat məktəbində Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri təşkil edilib. Tədbirdə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov, mədəniyyət evinin əməkdaşları, digər nümayəndələr və qonaqlar uşaqlarla görüşərək onların bayramını […]