Xəzər dənizində ekoloji monitorinqlər aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində noyabrın 4-dən monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib. Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov AZƏRTAC-a bildirib ki, ekspedisiya zamanı 17 məntəqə […]
Ekspert: “Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində dənizin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur”

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı […]
Payız əkin mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında 340 min ağac əkilib

Payız əkin mövsümü başlayandan bu günədək respublikanın 32 rayonunda meşəbərpa tədbirləri həyata keçirilib, 362 hektar meşə fondu torpağında 340 min ağac əkilib, 14 tondan çox toxum səpilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov AZƏRTAC-a bildirib ki, meşəbərpa tədbirləri respublikanın bütün rayonlarını əhatə edir və payız əkin planına müvafiq olaraq hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif ağac […]
Sabah yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 11-13° […]
“Bir ağac – min nəfəs” aksiyası bu dəfə Masallı və Lənkəranda keçirilib

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac – min nəfəs” aksiyası bu dəfə Masallı və Lənkəran rayonlarında keçirilib. Aksiya zamanı vətəndaşlardan ümumi tutumu 270 litr olan plastik, 7 litr olan şüşə, 12 kiloqram kağız tullantı, 111 ədəd işlənmiş batareya təhvil götürülərək təkrar emala göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr […]
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir

Xəzərin ekoloji problemləri, sahili çirkləndirən əsas amillər

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Azərbaycanda ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii […]
Külli miqdarda balıqçılıq torları aşkar edilib

Bakı Baş Gömrük İdarəsində Azərbaycan Respublikasının vətəndaşı İsayev Samir Fərman oğlu tərəfindən Çin Xalq Respublikasından idxal edilən 5220 ədəd “üzümçülükdə və digər məqsədlər üçün istifadə olunan torlar” yükünün rəsmiləşdirilməsi zamanı malların mülki dövriyyəsinə yol verilməyən əşyaların siyahısına aid olduğu şübhəsi yaranıb. Bu haqda DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən saytımıza məlumat verilib. Bu məqsədlə müvafiq […]
Azərbaycanda biomüxtəliflik hansı səviyyədə qorunur?

Ekspert: “Xəzərdə biomüxtəlifliyin azalması iqlim dəyişikliyi ilə bağlı deyil” Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Biomüxtəlifliyin azalması heyvan və ya bitki növlərinin azalması, həmçinin nəsillərinin kəsilməsidir. Bu […]
Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirilib

Noyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın və könüllülərin iştirakı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib. IDEA-dan “Ekosular.az”a verilən məlumata görə, “Sahillər təmiz qalsın” şüarı altında keçirilən aksiya Bakının Bilgəh çimərliyi ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini külli miqdarda tullantıdan, xüsusən də […]