Bir sıra QHT-lər Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb – FOTO

Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar ekoloji yönümlü qeyri-hökumət təşkilatları bəyanat yayıb. APA xəbər verir ki, bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov səsləndirib. Bəyanatda deyilir:”Biz, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları birgə bəyanat verərək Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatlığımızı ifadə edirik.Sərsəng su […]
Goranboy Yeni Ağcakənd meşəliklərinin istifadəsi və ekoloji vəziyyəti araşdırılıb

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin iş cədvəlinə uyğun sonuncu tədbirini Goranboy Yeni Ağcakənd Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyliyində həyata keçirtmişdir. Layihənin icraasında məqsəd, Azərbaycan Respublikası ərazisində olan yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqların, meşə […]
Oğuza leysan yağıb, dolu düşüb, həyətləri su basıb

Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.”Report”un Şimal-qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb. Oğuz şəhər ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bakıda zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb

Bakı şəhərinin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb.Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, artıq bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.Mütəxəssislərin yekdil rəyinə əsasən əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş […]
Qəbələdə yaşılıqlar potensialının yeni əkinlərlə yüksəldilməsi tədbirlərinin icra vəziyyəti araşdırılıb

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin araşdırılması” layihəsinin icrasına davam edir. Layihənin məqsədi, Azərbaycan Respublikası ərazisində olan yaşıllıqların, o cümlədən yol kənarı yaşıllıqların, meşə örtüyünün qorunması, meşələrin ehtiyat potensialını yeni əkinlərlə yüksəldilməsi, meşə ərazilərindən səmərəli istifalə etməklə davamlı […]
Antarktidada buzların əriməsi nəticəsində minlərlə pinqvin tələf olub

Antarktidada imperator pinqvin cücələrinin fəlakətli şəkildə məhv olması müşahidə edilib. Ekoloqların məlumatına görə, 10 minə qədər bala quş tələf olub. Cücələrin altındakı dəniz buzları əriyib və onların okeanda üzmək üçün lazım olan suya davamlı lələklərinin inkişaf etməməsi səbəbindən bala pinqvinlər kütləvi şəkildə boğulub və donaraq ölüblər.BBC telekanalı xəbər verir ki, bu hadisə qitənin qərbində, Bellinshauzen […]
Çirkləndirmə ilə bağlı vətəndaşlara çağırış edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gədəbəy, Ağcabədi, Salyan, Hacıqabul rayonlarının müxtəlif ərazilərində tullantıların qalaqlanması və yandırılması faktları müəyyən olunub. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Xidmət rəsmisi təbiət ərazilərini çirkləndirən, tullantıları zibil qutularına deyil, hara gəldi atan vətəndaşları, həmçinin […]
203 ha meşə fondu ərazisi payız əkin mövsümü üçün hazır vəziyyətə gətirilib

Əkin mövsümü ilə əlaqədar Ağcabədi, Bərdə, Sabirabad, Şəki, Göygöl, Quba, Şabran, Tovuz, Şəmkir, İsmayıllı, Oğuz, Lənkəran və Cəlilabad rayonlarının meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 203 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb. “Report” xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, payız əkin planına uyğun olaraq meşə […]
Sumqayıtda yaşayış massivindən keçən kanalda antisanitar vəziyyət yaranıb, ərazini üfunət bürüyüb

Sumqayıt şəhərindən keçən “Acıdərə” kanalında antisanitar vəziyyət yaranıb. Bu barədə “Report”un yerli bürosuna kanalın keçdiyi “Yaşıl dərə” yaşayış massivinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, kanaldan axan çirkləndirilmiş su və uzun müddət burada yığılmış tullantılar səbəbindən ərazini üfunət bürüyüb. Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda isə buranın bataqlığa çevrildiyini bildiriblər: “Biz çirkli suyun […]
Ağacları kəsənlər və onu zədələyənlər müəyyən olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Cəfər Cabbarlı küçəsində, Suraxanı rayonunun Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinin həyətyanı sahəsində, İsmayıllı rayonunun İvanovka kəndlərində ağacların kəsilməsi, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində ağacların qanunsuz olaraq başqa əraziyə köçürülməsi, Qobustan rayonunun Yekəxana kəndində isə ağacın zədələnməsi faktları müəyyən olunub. Xidmət rəsmisi Bəhruz Məhəmmədovun AZƏRTAC-a […]