Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir […]

ABŞ dünyanın ən böyük LNG ixracatçısına çevrilib

ABŞ dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısına çevrilib, lakin daxili imkanlara görə tədarükdə artım məhduddur. Bu barədə ABŞ Energetika Nazirliyininin Enerji İnformasiya Administrasiyasının (EIA) enerji təhlili üzrə rəhbərinin köməkçisi Ancelina Laros bildirib. “Biz dünyanın ən böyük LNG ixracatçısıyıq, lakin ölkədə dəqiq olaraq tutum məhdudiyyətləri var”, – Ancelina Laros qeyd edib. Onun sözlərinə görə, […]

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,15 % artaraq 80,86 ABŞ dolları təşkil edib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri isə 78,14 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti […]

Azərbaycan xalçaları ABŞ-da

“Azərxalça” ASC və ABŞ- Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib. Bu barədə səhmdar cəmiyyət məlumat yayıb. Məlumata görə, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-a Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və […]

Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib. Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub. İqtisadiyyat nazirinin müavini, Azərbaycan […]

Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələri yaradıla bilər

Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələrin yaradılması planlaşdırılır. Bunu “Report”a açıqlamasında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov deyib. Onun sözlərinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisənin yaradılması nəzərdə tutulur: “Aqroparkın ərazisi 2 855 hektar təşkil edir. Bu ərazinin 129 hektarında, yəni əkinə yaramayan hissəsinin təyinatını dəyişdirərək emal zonası yaradılacaq. Həmin […]

Azərbaycanla Macarıstan arasında əlaqələrin gücləndirilməsi nəzərdə tutulan sahələr açıqlanıb

Azərbaycanla Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görülür. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovla Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında keçirilən görüşdə bildirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət […]

Yaşıl enerji: hədəflərə doğru

Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncam və dövlət proqramlarına uyğun olaraq Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı konkret işləri görülüb   Bu gün qlobal böhran şəraitində dövlətlərin həmrəylik nümayiş etdirməsi və təbii ehtiyatlarını bir araya gətirməsi vacib. Azərbaycan bu istiqamətdə qoşulduğu layihələrdə enerji sahəsində uzunmüddətli qarşılıqlı əməkdaşlığını gücləndirir. Xüsusən, Azərbaycan […]

Beynəlxalq arenada Azərbaycanın mövqeyi təqdir olunur

Azərbaycan öz məqsədlərinə çatmaq üçün səmərəli şəkildə və əməkdaşlıq şəraitində çalışır Hazırda Azərbaycan özünün iqtisadi və enerji təhlükəsizliyini təmin edir. Bununla yanaşı, Azərbaycan qlobal enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində, həmçinin bu mövzuda aparılan müzakirələrdə çox fəal iştirak edir. Artıq Azərbaycan enerji istehsalçısı və ixracatçısı, eləcə də tranzit ölkəyə çevrilib. Ötən il Azərbaycan ilə Avropa İttifaqı […]

Azərbaycanın enerji təhlükəsizliyi strategiyası

Xəzər dənizində hasil olunan qazın tranzit ölkələr vasitəsilə ixracı inkişaf etməkdədir Xəzər regionu dünyanın enerji təchizatında getdikcə daha çox rol oynayır. Bu çərçivədə regionda yerləşən Azərbaycanın hasil etdiyi qaza Avropa ölkələrindən böyük maraq ifadə olunmaqdadır. Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri təbii qazın Avropa bazarlarına çatdırılmasıdır. Kommersiya baxımından Azərbaycan müxtəlif ölkələrlə bir sıra əhəmiyyətli layihələri […]