Tranzit ölkə olan Azərbaycan müasir çağırışlar fonunda

Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən, bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində qurduğu münasibətlər böyük etimada əsaslanır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı niyyətinin təzahürüdür. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə […]

Azərbaycanla Çinin birgə iqtisadi səyləri

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə neft-qaz gəlirlərindən asılılığı azaltmağa çalışır Son 20 ildə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib. Dövlət tərəfindən sahəyə böyük həcmli investisiyalar yönəldirilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının […]

Azərbaycanın bərpaolunan enerji potensialı

Prezident İlham Əliyev: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir” Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində zəngin neft-qaz potensialı ilə mühüm rol oynayır. Ölkəmiz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın 200 qiqavata yaxın bərpaolunan enerji potensialı ölkəmizi […]

Azərbaycan Mərkəzi Bankında yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankının (AMB) Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinə yeni direktor təyin edilib.   Bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Umeyra Fərhad qızı İbrahimovaya həvalə olunub.

Qızılın qiyməti cüzi düşüb

Dünya bazarında qızılın qiyməti cüzi düşüb. “Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18 % və ya 3,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1750,85 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,76 % düşərək 1 unsiyası 21,267 ABŞ dolları təşkil edib. Çində davam edən etirazlar fonunda ABŞ valyutasının dəstək alması […]

Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Məhəlləsinin rezidentlərinin sayı 13-ə çatıb. Yeni rezident “Absheron Trending” MMC parket, laminat və s. kimi müxtəlif növ taxta məhsullarının istehsalını həyata keçirəcək. İnvestisiya dəyəri 3 milyon manat olan layihə çərçivəsində 90 daimi iş yerinin açılması nəzərdə […]

Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb

Noyabrın 23-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Yengicə su anbarının tikintisi ilə bağlı müqavilə imzalanıb. AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Yengicə su anbarının tikintisinin əhəmiyyətindən danışıb, yeni su anbarının Qəbələ rayonunda kənd təsərrüfatının, turizmin, ümumiyyətlə, rayon iqtisadiyyatının inkişafına böyük […]

Azərbaycanın xarici ticarət dövriyyəsi 41,2 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 41 milyard 256,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 30 milyard 962,9 milyon dollar, idxalın dəyəri 10 milyard 293,3 milyon dollar təşkil edib, nəticədə 20 […]

Dövlət Xidməti çay bazarında araşdırma aparıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin istehlak səbətində əhəmiyyətli yer tutan çay satışı bazarında araşdırma aparıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı əldə edilmiş materiallara əsasən bazarın əsas iştirakçıları olan “Sun Tea Çay Fabriki” MMC, “Sun Food” MMC, “Veysəloğlu” MMC, “Qida XXI” MMC və “Best-Tarım” QSC barəsində antiinhisar qanunvericiliyinin […]

Azərbaycana investisiya qoyuluşunun təşviqi müzakirə olunub

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və idman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb. AZƏRTAC xəbər verir ki, İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən […]