Qışa hazırlıq Nərimanov rayonunda müzakirə edilib

Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunları ilə bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların gördüyü işləri və qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş […]
Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 19-20 noyabr tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq. “Qafqazinfo” xəbər verir ki, Bakı və Abşeron ərazisində keçiriləcək yarmarkaların təşkilində əsas məqsəd fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, təbii və mövsümi kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Budəfəki […]
AZAL-dakı qiymətlər Milli Məclisdə sərt tənqid edildi

“Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib. O qeyd edib ki, Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat […]
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müzakirələr aparılıb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen ilə görüşüb. Görüşdə ölkəmizin AYİB-lə uğurlu tərəfdaşlığı qeyd edilib. Nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji […]
Gündəlik qlobal neft hasilatı bu il 100 mln. barelə çatacaq

Beynəlxalq Enerji Agentliyi (IEA) 2022-ci il üçün qlobal neft hasilatının artım tempi üzrə proqnozunu dəyişməyib. Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) noyabr hesabatına istinadən xəbər verir. Proqnoza əsasən, 2022-ci ildə gündəlik qlobal neft hasilat 4,6 mln. barel artacaq və 99,9 mln. barel təşkil edəcək, bu da öncəki proqnoz göstəricisinə bərabərdir. “2023-cü ildə gündəlik qlobal […]
Sabahdan bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometr hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq noyabrın 16-da saat 08:00-dan etibarən 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, məhdudlaşma tikinti işləri bitənədək […]
Sumqayıt Kimya Sənaye Parkı rezidentinin ixrac coğrafiyası genişlənir

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu ixrac coğrafiyasını genişlənməkdə davam edir.İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən ilk dəfə olaraq Polşa, İsrail və Yunanıstana məhsul ixracına başlanılıb və ilkin mərhələdə bu ölkələrə 26 min tondan çox məhsul göndərilib. 2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu azot gübrəsi […]
Mərkəzi Bank: Valyuta hərracında tələb 76,2 milyon ABŞ dolları təşkil edib

Noyabrın 15-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. Bankdan AZƏRTAC-a bildirilib ki, hərracda tələb 76,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Hərracda tələbin əvvəlki hərraclarla müqayisədə nisbətən yüksək olması ötən həftə bayram günləri ilə əlaqədar qrafik üzrə nəzərdə tutulmuş iki […]
Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib

Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-yə çatıb.AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.Nazir qeyd edib ki, yeni rezident “NN-Tel Group” MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 milyon olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.
Nizami rayonunda Şirin Mirzəyev küçəsi təmir olunub

Cari ilin “İnvestisiya Proqramı”na uyğum olaraq, paytaxtın Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 12 metr təşkil edir.Təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, […]