Moskvadakı soydaşlarımız Türkiyədəki zəlzələ ilə əlaqədar başsağlığı veriblər

Əli Kazımov Muxtariyyət üzvləri adından bildirib ki, Türkiyədəki dağıdıcı zəlzələdə ölənlərə görə dərindən sarsılıblar. Əli Kazimova görə hər kəs Türkiyə üçün bir şeylər etmək istəyir: “Qardaş Türkiyəmizin gözlərəmizin qarşısında bu qorxunc zəlzələni yaşaması və çoxlu sayda qardaşımızın həlak olması bizləri böyük bir kədərə boğdu. Azərbaycanın və Türkiyənin sevinci də, hüznü də eynidir, bir-birimizin kədərinə ortaq oluruq.
Diyarbəkırdən Bodruma gedən avtobusunun qəzası və ard-arda 7.4 və 7.7 bal gücündə zəlzələ xəbərini dərin bir kədərlə aldıq. Bu kədərli xəbər Türkiyə qədər Azərbaycanı da üzüb. Ümumiyyətlə, faciədə həyatını itirənlərin ağrısı yalnız Türkiyənin deyil, ortaq ağrımızdır. Bunu kədərimiz olaraq yaşayırıq və bu çətin günlərdə Türk qardaşlarımızın yanındayıq! Zəlzələ zamanı ölənlərə Allah rəhmət etsin. Yaralılara işə Allahdan şəfa diləyirk”.
Xatırladaq ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3 549-a çatıb, 22 168 nəfər yaralanıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir