Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri və Şabran rayonu akvatoriyasında, Kür çayında, Mingəçevir su anbarında və Şərbətqobu Ovçuluq Təsərrüfatında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Salman Babayev, Şabran rayon sakinləri Ruslan Xamedov, İlham Məmmədov, Baba Heydərov, Tovuz rayon sakini Tural Ələsgərov, Sabirabad rayon sakini Davud Gülməmmədov, Saatlı rayon sakini İlqar İbrahimov və Yevlax rayon sakini İntiqam Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Sarısu, Mahmudçala və Şərbətqobu Ovçuluq Təsərrüfatlarında, Salyan və İsmayıllı rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıb.“Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Cəlal Bağırov, Neftçala rayon sakinləri Rza Güləliyev, Namik Səlimov, İsmayıllı rayon sakini Səlim Usubov, İmişli rayon sakinləri Səhliyalı Mehdiyev, Elgün Əzizov, Bayram Hüseynov, Saatlı rayon sakini Qasım İsmayılov, Qax rayon sakini Rövşən Vəliyev, Sabirabad rayon sakini Eldar Mühəddinov və Biləsuvar rayon sakini Vahid Əhmədov olduğu məlum olub. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub”.