Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu sahədə növbəti görüşlər Tovuz Diaqnostika və Hemodializ Mərkəzində, Tovuz rayonu Əyyublu kənd Ailə Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər Vərəm Xəstəxanasında və Bakı şəhəri Diaqnoz Tibb Mərkəzində keçirilib.Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumatlar verilib.