İranlı iş adamı ölkədə qanunsuz satış sistemi qurub

“ANSAR NDA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şamo Məmmədov İran İslam Respublikasının vətəndaşı olan Parsaei Khodabakhsh Salman oğludan şikayət edir.

“3 ilə yaxın müddətdir ki, Azərbaycanda fəaliyyət göstəririk. Müəssisəmiz əsasən qida məhsullarının idxalı, ixracı, kolbasa, zeytun yağı və ət konservi istehsalı ilə məşğuldur. Hazırda bazarda eyni fəaliyyətlə məşğul olan “PARSA 1” MMC-nin (VÖEN 1203187221) haqsız rəqabət fəaliyyəti ilə üz-üzə qalıb. Belə ki, adıçəkilən qurum və onun rəhbəri Parsaei Khodabakhsh Salman oğlu İran İslam Respublikası və digər ölkələrdən gətirdiyi malları gömrükdə rəsmiləşdirsə də, həmin malların Azərbaycan Respublikası daxilində satışını rəsmiləşdirmədən həyata keçirir. Beləliklə də qeyri-rəsmi satış zamanı vergidən yayındığına görə qiymətləri hazırki bazar dəyərindən aşağı salmaqla haqsız rəqabət yaradır”.

Şamo Məmmədov onu arxayın hərəkət etməsinin səbəblər olduğunu bildirdi:

“Əslində “PARSA 1” MMC-nin yaranma səbəbi Azərbaycan Respublikasında qanuni sahibkarlıqla məşğul olmaq deyil, Parsaei Khodabakhsh Salman oğlunun ölkəmizdə öz qanunsuz hərəkətlərinə qanuni don geyindirmək, ölkədə uzunmüddətli və sərbəst yaşamasına şərait yaradılması olub.

Azərbaycan Respublikasında iş icazəsi ala bilmədiyi üçün hüquqi şəxs yaratmaqla bu “problem”ini “həll etmiş”, nəticədə öz qanunsuz hərəkətlərini qanuni fəaliyyət altında pərdələməyə nail olub”.

Direktor “Haqsız rəqabət haqqında” qanunu pozduğunu bildirdi:

“Kiçik bir araşdırma ilə müəyyən etmək mümkündür ki, “PARSA 1” MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi mallar sənəd üzərində anbarda göstərilsə də, həmin mallar hazırki bazar dəyərindən aşağı olmaqla çoxdan satılmış və bununla da təkcə rəqiblərə zərər vurmayıb, həmçinin külli miqdarda verginin dövlət büdcəsinə ödənilməsi təmin etməməyi ortaya çıxır.

Qanunlar başqa şey tələb edir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri haqsız rəqabət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaqla bağlı məsuliyyət nəzərdə tutub”.

Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçiribMonqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib

XI Qlobal Bakı Forumunda iştirak etməklə əlaqədar Bakıda səfərdə olan Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib. Görüş “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiyasında baş tutub. Monqolustanın