Layihəyə yekun vuruldu

“Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbatcan Respublikasının Gənclər Fondunun Dəstəyi ilə “Şəhidlər və Şahidlər” Vətən Müharibəsi Qəhrəmanlarımızı tanıyaq və taniyaq adlı layihə həyata keçirilib. Təşkilatın sədri Nuranə Kərimova bildirib ki, layihə “Şəhidlər və Şahidlər” Vətən Müharibəsi Qəhrəmanlarımızı tanıyaq və tanıdaq layihəsi yeniyetmə və gəncləri arasında Vətənpərvərlik tərbiyəsi işinin artırılması, onların vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərərək milli adət və ənənələrimizə , tariximizə hörmət ruhunda tərbiyəsinə kömək etmək məqsədi ilə həyata keçirilir.

Layihə Xətai, Yasamal rayonlarında keçirildi . Layihənin icra müddətində 5 tədbir kecirildi və Şəhidlər Xiyabanına bir yürüş təşkil olundu . Tədbirlərin 3-ü Xətai rayonunda, 55,56 və245 nömrəli məktəblərdə, 2-i Yasamal rayonunda 173 və 225 nömrəli məktəblərdə keçirildi . Həyata keçirilən bütün tədbirlərdə yeniyetmə və gənclər çox böyük həvəslə iştirak etdilər və hər bir tədbirdə iştirakçıların sayı nəzərdə tutulandan daha çox oldu. Layihədə Vətən Müharibəsi şəhidləri haqqında hazırlanmış xüsusi vəsaitlər yeniyetmə və gənclərə çatdırıldı,şəhidlərimiz və qazilərimiz haqqında hazırlanmış videoçarx nümayiş etdirildi, Xətai və Yasamal rayonlarında təhsil alan yuxarı sinif şagirdləri və gənclərin müharibə iştirakçıları və şəhid ailələri və qazilər ilə görüşləri təşkil olundu, şəxsi nümunələr əsasında məlumatlandırılması həyata keçiridi, Yasamal rayonunda təhsil alan məktəblilərin və gənclərin iştirakı ilə « Şəhidlər Xiyabanına » yürüş təşkil olundu. Yürüşdə iştirak edən iştirakçılara xüsusi hazırlanmış köynəklər və bayraqlar paylanıldı.Şəhidlərimizin məzarları üzərinə qərənfillər qoyuldu.
44 günlük Vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərərək düşmən tapdağı altında olan torpaqlarımızı azad edən qazilərimiz ,şəhidlərimiz haqqında maarifləndirici tədbirlərin təşkil olunmasaı çox vacib məsələdir. Bu tədbirlər yeniyetmə və gənclərimizin gələcək həyatlarına müsbət təsir göstərə, milli mənəvi dəyərlərimizə sadiq, vətənpərvər vətəndaş kimi yetişmələrinə tohfələr verə bilər. Gələcəyin inkişaf etmiş Azərbaycanı bu günkü ailə və milli dəyərlərimizin daşıyıcısı olan vətənpərvər gəncliyimizin sağlam ruhu, sağlam düşüncəsi, sağlam təfəkkürü ilə çox sıx bağlıdır.

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində

Enerji diplomatiyasıEnerji diplomatiyası

Cari ilin 25 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarstana səfər etmiş və Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)