“Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən “Əlaçı” kampaniyasına start verilib.Bu haqda saytımıza “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimov məlumat verib.

Yaşar Məsimov deyib ki, bu kampaniyanın məqsədi regionda mükəmməl akademik uğur qazanmış və fəal həyat mövqeyinə malik istedadlı həmvətən uşaqlarına dəstək olmaqdır: “Tədris ilində qızıl medal, akademik fənlər üzrə əla qiymətlər və Vahid Dövlət İmtahanında üç fəndən cəmi 250 (və ya daha çox) bal toplayan, habelə ali məktəbdə qırmızı diplom almış həmyerlimiz məzun olacaqlar. Hədiyyə olaraq noutbuk alacaq və imtahanda fənlərdən birindən 100 bal toplayan məktəb məzunları qiymətli hədiyyənin – elektron kitab və ya smartfonun sahibi olacaqlar.
Bu aksiya mənim əminliyimlə diktə olunur ki, milli ictimai təşkilatlar öz mədəniyyətlərini, adət-ənənələrini, dilini təbliğ etməklə yanaşı, həm də öz səy və imkanlarını ümumtəhsil məktəblərində oxuyan həmkarlarını və ali məktəb tələbələrini qiymətli mükafatlar və xüsusi mükafatlar ilə pul mükafatları ilə həvəsləndirməyə yönəltməlidirlər.
Bizim tərəfimizdən belə yardım onların oxumasında və yaradıcılıq inkişafında daha böyük stimul olardı. Məktəbdə, sonra isə universitetdə oxumaq əzmkarlıq, böyük enerji, qətiyyət və liderlik keyfiyyətləri tələb edən çətin işdir. Hər bir məzun əla oxumaqla hamımıza ən çətin işlərin öhdəsindən gələ biləcəyini sübut edir. Və biz onları təşviq etməliyik. Əminəm ki, gələcəkdə onların hər biri şübhəsiz ki, cəmiyyətə, dövlətə böyük fayda verəcəkdir”.
Kampaniyanının sonunda “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının ofisində əlaçı tələbələrə hədiyyələrin və diplomların təntənəli təqdimatı keçiriləcək.
Kampaniyada iştirak etmək istəyənlər +7 (961) 900 22 00 mobil telefonu və ya oo.rnkaa.orenburqskaya.obl@mail.ru elektron poçtla əlaqə saxlaya bilərlər.