Soydaşlarımız Moskvada Həzi Aslanovun döyüşçü yoldaşı ilə görüşüblər

Bu gün “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımovla muxtariyyətin üzvü İrina Silina, o cümlədən Moskva-Bakı İnformasiya Agentliyinin nümayəndələri Böyük Vətən Müharibəsi veteranı, Stalinqrad döyüşünün iştirakçısı tankçı Dmitri İvanoviç Ryazantsevlə görüşüblər.

Söhbət zamanı Dmitri İvanoviç 1942-ci ildə soydaşımız, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla birlikdə Üçüncü Mexanikləşdirilmiş Korpusda döyüşdüyünü söyləyib.
Sonra, 1942-ci ildə Verxne-Kumsky fermasının kənarında, Dmitri İvanoviç ağır yaralanıb. Martın sonuna qədər hospitalda sağalıb və daha sonra hərbi xidmətini tank batalyonunda yerinə yetirib. O, Zirehli və Mexanikləşdirilmiş Qoşunlar Akademiyasının Tank mühəndisliyi fakültəsini bitirib. Misir-İsrail hərbi münaqişəsində iştirak edib, M.V. Frunze adına Hərbi Akademiyada dərs deyib. Dmitri İvanoviç kiçik leytenantdan polkovnik rütbəsinə qədər uzun bir yol keçib.
Dmitri İvanoviç bu günə qədər Stalinqradı faşistlərdən geri alan Həzi Aslanovu xatırlayan yeganə sağ veterandır.
Görüşün sonunda Əli Kazımov bütün azərbaycanlılar adından səmimi qəbula, tarixi xatırlatdığına görə Dmitri İvanoviçə, onun ailəsinə və Moskva-Bakı İnformasiya Agentliyinə təşəkkürünü bildirib və əfsanəvi veteranı Azərbaycana səfərə dəvət edib.

Orenburqdakı diasporumuz tərəfindən “Əlaçı” kampaniyasına start verilibOrenburqdakı diasporumuz tərəfindən “Əlaçı” kampaniyasına start verilib

“Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı tərəfindən “Əlaçı” kampaniyasına start verilib.Bu haqda saytımıza “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimov məlumat verib. Yaşar Məsimov deyib ki,

Prezident “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edibPrezident “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.Görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulanıb və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat