Salyan rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Salyan rayonunda Forum keçirilmişdir. Rayon icra hakimiyyəti, təhsil, səhiyyə, gənclər və idman, qeydiyyat, ailə, qadın və uşaq problemləri ilə iş və digər strukturların iştirakı ilə Salyan tarix-diyarşünaslıq muzeyində […]

Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva

Azərbaycan oftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftolmoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 100 illik yubileyi qeyd edilir.  Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində […]

Bu şirkətlərin kolbasa və sosiskalarında uyğunsuzluqlar müəyyən edilib

“Səhliyalı” Kiçik Müəssisəsi, Rəhimovların Ailə Təsərrüfatı, “Sevilən Ad” MMC və “Ovçular Ət və Ət Məhsulları” MMC-nin kolbasa və sosiska məhsullarında uyğunsuzluq aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir […]

2022-ci ildə dünyada ərzaq qiymətləri 18%, gübrə qiymətləri 63% artıb

2022-ci ildə dünyada ərzaq qiymətləri 2021-ci illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb. Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında deyilir. Ərzaq qiymətləri 2022-ci ildə dəhşətli dərəcədə bahalaşıb, yanvar-may ayları arasında 19% artıb. May ayından dekabra qədər 15% ucuzlaşma baş verib. Ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə illik müqayisədə 18%, o cümlədən taxılın qiymətləri […]

Khan Academy ilə praktik məşğələ və dərslər davam edir  

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VI Qrant müsabiqəsinin qalibi olan və Bakı şəhər Nərimanov rayonu 212 №-li tam orta məktəb tərəfindən icra olunan “Mental arifmetika klubunun təşkili və davamlı inkişafı” layihəsi üzrə praktik fəaliyyətlər həyata keçirilməyə başlamışdır. Təlim almış müəllimlərin və şağirdlərin praktik dərsləri üçün adı çəkilən 212 №-li tam orta məktəb planşetlər […]

Mart qırğınları zamanı Hacıqabulda 12 kənd yandırılıb, 2 000 insan qətlə yetirilib

Erməni daşnaklarının bolşeviklərlə birgə 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı Hacıqabulda 2 000 nəfərdən çox günahsız insan qətlə yetirilib. Bu barədə Aran bürosuna tarixçi, tədqiqatçı Mübariz Xəlilov bildirib. M.Xəlilovun sözlərinə görə, 1918-ci il martında Bakıda baş vermiş qırğından sonra erməni-bolşevik birləşmələri Tbilisidən köçmüş Azərbaycan Xalq Cümhuriyyətinə divan tutmaq üçün Gəncəyə doğru hərəkət […]

Bu il Azərbaycandan xaricə gedənlərin sayı 18 %-dən çox artıb

Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 218 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 %, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 % artıb, İrana gedənlərin sayı isə 15,5 % azalıb. Ölkə vətəndaşlarının 39,7 %-i Türkiyəyə, 22,8 %-i Rusiya Federasiyasına, 9,9 %-i Gürcüstana, 8,4 %-i İrana, 19,2 %-i digər […]

Laçınlılar doğma diyara, əzəli torpaqlarına qayıdacaqlar  

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən tapdağı altında qalan torpaqlarımızı azad etməsi nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan […]

Talış kənd sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ilkin mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək, təhlillər aparılmaqla onlardan 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu […]

300 milyona yaxın insan işini itirə bilər

Dünyada 300 milyona yaxın insan süni intellekt texnologiyalarının tətbiqi səbəbindən işini itirə bilər. Qlobal investisiya bankı Goldman Sachs hesabatına görə, əmək bazarı yaxın illərdə əhəmiyyətli şoklarla üzləşə bilər. Bankın ABŞ və Avropadakı iş yerlərinin təhlili göstərir ki, iş yerlərinin üçdə ikisi ən azı müəyyən dərəcədə avtomatlaşdırıla bilər. Həmçinin qeyd edilir ki, süni intellekt texnologiyasından istifadə […]