Piyada gəzməyin faydaları: İnsan bu yolla özünü və ətraf mühiti qoruyur

Piyada gəzmək bir neçə xəstəliyin qarşısını almaq üçün önəmlidir. Bu xəstəliklər sırasında ürək-damar xəstəlikləri xüsusi əhəmiyyət kəsb edir. Bunu “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu deyib. Mütəxəssis qeyd edib ki, adıçəkilən xəstəliyin yaranmasına səbəb olan amillərdən biri məhz qeyri-aktiv həyat tərzi, yəni az hərəkətlilikdir: “İnsan orqanizmi hərəkət etmədiyi zaman passivləşir və bunun […]
Gənc pianoçu Ayan Məmmədlidən Avstriyada möhtəşəm təqdimat

Avstriyanın Lints şəhərində “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (“Palais Kaufmännischer Verein”), ”Bechstein” piano mərkəzinin təşkilatçılığı və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriyanın Anton Brukner adına Konservatoriyanın tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” (Vətənimin rəngləri) adlı layihəsinin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin […]
Qazi ilə şəhid övladı AzTV-nin filmində baş rolda çəkildi

Azərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir. AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, növbəti film “Əsgər bağı” adlanır. Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır. E.Əkbərov 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüşlərdə ağır […]
Ədviyyatlar və bulyonlar qışda artıq çəki yığmamağa kömək edir

Mütəxəssislər artıq çəki yığmamaq üçün qışda ədviyyatlardan istifadə etmək və bulyon yeməyi tövsiyə edirlər. Diyetoloq Anna Qonçarova hesab edir ki, ədviyyatlardan istifadə edilməsi piyin intensiv şəkildə sərf edilməsinə kömək edən aktiv mübadilə proseslərinin dəstəklənməsi üsullarından biridir. AZƏRTAC “Pravda.ru” nəşrinə istinadla xəbər verir ki, “Darçın, zəncəfil, mixək, hil, eləcə də portağal və limon qabıqları immuniteti viruslardan […]
Füzuli rayonunda bərpa olunmuş iki kəhriz yerli icmalara təhvil verilib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Füzuli rayonunda bərpa olunmuş iki kəhrizi yerli icmalara təhvil verib. AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin […]
Bakıda məişət tullantıları yanıb

Bakıda məişət tullantıları yanıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınıb. Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Məktəblərdə payız tətili başa çatdı

Bu gündən orta məktəblərdə 2022-2023-cu tədris ilinin payız tətili başa çatıb. Təhsil Naziliyindən Modern.az-a verilən məlumata görə, payız tətili 5 gün – 16-20 noyabr tarixlərini əhatə edib. Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq. Bu dərs ilində ibtidai siniflər üçün 5 gün əlavə tətil (1-5 […]