Bakı Limanında media nümayəndələri üçün növbəti sahəvi jurnalistika təlimi keçirilib

Noyabrın 14-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın logistika imkanları, real vəziyyət və gələcəyə baxış” adlı silsilə sahəvi jurnalistika təliminin növbəti mərhələsi keçirilib.Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, logistika mərkəzinə səfər və seminarlardan ibarət olan təlimin əsas məqsədi Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi əhəmiyyətə […]

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb. Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər […]

Müqavilə əsasında xidmət göstərən fiziki şəxsin vergi öhdəliyi nədir?

Müqavilə əsasında xidmət göstərən şəxslər vergi orqanında uçotda olduqda və ya olmadıqda vergiləri necə ödəməlidirlər?AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən vergi qanunvericiliyi eksperti Təhməz Qaçayevin sözlərinə görə, fiziki şəxs vergi orqanında uçotda olduğu halda, mülki müqavilə əsasında xidmət göstərərsə, bu halda onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və gəlirlərindən (xərclər […]

Güclü duman səbəbindən Bakı-Naxçıvan təyyarəsi geri qayıdıb

AZƏRTAC Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın (AZAL) “J2-2251” nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.

Yeni faydalı qazıntı yataqları hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Qaradağda yerləşən “Gülbaxt” (3,86 ha) və “Vulkan” (11,4 ha)  mişardaşı, Ağdamda yerləşən “Qarqarçay” (10 ha) qum-çınqıl yatağı hərraca çıxarılacaq. Hərraclarda iştirakla […]

Azərbaycanda yeni qeydiyyatdan keçən şirkətlərin sayı 34% artıb

2022-ci ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1.397.137-yə çatıb. “APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, 2021-ci ilin eyni dövrünə nisbətən vergi ödəyicilərinin ümumi sayı 6,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,1 faiz (ümumi artımın 82,5 faizi), hüquqi şəxslərin sayı 9,4 […]

Zakir İbrahimov: “Qızıl layihələri üzrə büdcədən asılılıq tam aradan qaldırılıb”

“AzerGold” QSC-nin icra etdiyi qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılıq tam aradan qaldırılıb. “Ekosular” səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. O, 2017-ci ildə hasilat işlərinə “Çovdar” qızıl mədənindən başlamış “AzerGold”un bu illərdə […]

Avropa İttifaqı Şurası enerji qiymətləri ilə bağlı yeni sammit çağıra bilər

“Enerji xərclərinin azaldılması üçün tədbirləri təsdiqləmək üçün Avropa İttifaqının yeni sammiti çağırıla bilər”. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Fransanın “France Inter” radiostansiyasına müsahibəsində deyib. “Söhbət ondan gedir ki, noyabrda biz artıq tədbirləri razılaşdıracağıq. Mən şəxsən nazirlərin işini yaxından izləməyə söz vermişəm. Lazım gələrsə, yenidən yüksək səviyyəli görüş keçirəcəyik”, – o bildirib. Onun sözlərinə […]

Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Qazaxıstanın Astana şəhərində keçirilən “Digital Bridge Forum-2022” tədbirində iştirak edib. Astanaya səfər çərçivəsində  4SİM-in nümayəndələri “Tech Hub Limited” müəssisəsinin təmsilçiləri ilə görüşüb, rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar. Görüş çərçivəsində 4SİM və “Tech Hub Limited” arasında ikitərəfli […]

İstehsalın və ixracın genişləndirilməsi imkanları müzakirə olunub

İqtisadiyyat Nazirliyi və qurumlarının rəhbər vəzifəli şəxsləri Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olublar. Nazirlik əməkdaşları Sənaye Parkının fəaliyyəti, bir sıra müəssisələrdə istehsal prosesi ilə yerində tanış olub, biznes subyektlərinin dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalının, ixrac coğrafiyasının genişləndirilməsi barədə müəssisələrin rəhbərləri və mütəxəssisləri ilə müzakirələr aparıblar.