Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsinə münasibət bildirib.AZƏRTAC xəbər verir ki, səfir bu barədə “Twitter”də məlumat verib.“Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir”, – deyə diplomat bildirib.