Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Mərdəkanda tinglərin paylanılması aksiyası keçiriləcək

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 24-də saat 15:00-da Mərdəkanda tinglərin paylanılması aksiyası keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bir ağac – min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı minimum 10 litr həcmində plastik, 5 litr həcmində şüşə, o cümlədən kağız və minimum üç ədəd işlənmiş batareya tullantılarını təhvil verərək əvəzində ting əldə etmək mümkündür.

Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək həmin təşəbbüsdən yararlanmağa çağırır.

Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir