Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ölkə üzrə meşəbərpa tədbirləri davam edir

Ötən gün meşə fondu torpaqlarında 29 000 ağac əkilib.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri ötən gün Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 min ağac tingi əkilib, 3 500 kiloqramdan artıq toxum səpilib.

Ölkə üzrə meşəbərpa tədbirləri davam edir.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir