Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi ərazisində tullantıların yandırılması, Quba rayonu Afurca kəndində fəaliyyət göstərən “Dağ havası” istirahət mərkəzinin qarşısında tullantıların qalaqlanması faktları aşkar edilib.Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı qanun pozucuları Qazax rayon sakini Məhərrəm Şabanov və istirahət mərkəzinin sahibi Murad Osmanov barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.