Rusiya Ordusunun Mərkəzi Evində “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

2022-ci il dekabrın 19-da SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində Rusiya Ordusunun M.V.Frunze adına Mərkəzi Evinin Marşal Jukov zalında  “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı tərəfindən faşizm üzərində qələbədə Azərbaycanın xüsusi roluna həsr olunmuş “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə nizami hərbi zabitlər – Rusiya ordusunun zabitləri, Moskva Müharibə Veteranları Komitəsi sədrinin birinci müavini Kulikov Vladimir Aleksandroviç, AzerRos-un prezidenti Xanoğlan Əliyev, partiya fraksiyalarının nümayəndələri iştirak ediblər.
Tədbir səmimi, mehribanlıq şəraitində keçib.
Tədbirdən sonra qonaqlar rəssamlar S.V. Borisov və general-leytenant N.N. Muxinin sərgilərinə baxıblar.
Sonda “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabını Rusiya Ordusunun Mərkəzi Evinə hədiyyə edib.

Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıBakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində

Hikmət Hacıyev: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”Hikmət Hacıyev: “Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət