Rusiya Ordusunun Mərkəzi Evində “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabının təqdimatı olub

2022-ci il dekabrın 19-da SSRİ-nin yaranmasının 100 illiyi ərəfəsində Rusiya Ordusunun M.V.Frunze adına Mərkəzi Evinin Marşal Jukov zalında  “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı tərəfindən faşizm üzərində qələbədə Azərbaycanın xüsusi roluna həsr olunmuş “Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə nizami hərbi zabitlər – Rusiya ordusunun zabitləri, Moskva Müharibə Veteranları Komitəsi sədrinin birinci müavini Kulikov Vladimir Aleksandroviç, AzerRos-un prezidenti Xanoğlan Əliyev, partiya fraksiyalarının nümayəndələri iştirak ediblər.
Tədbir səmimi, mehribanlıq şəraitində keçib.
Tədbirdən sonra qonaqlar rəssamlar S.V. Borisov və general-leytenant N.N. Muxinin sərgilərinə baxıblar.
Sonda “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov “Azərbaycanın faşizm üzərində Qələbəyə töhfəsi” kitabını Rusiya Ordusunun Mərkəzi Evinə hədiyyə edib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin: Əliyev Şahin Məhərrəm oğlu –