Sahibkarlığın İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Gürcüstanın “Enterprise Georgia” dövlət qurumu arasında onlayn görüş keçirilib.

SİF-dən AZƏRTAC-a bildirilib ki, hər iki qurumun nümayəndələrinin iştirak etdiyi görüşdə sahibkarlara təklif olunan müvafiq dəstək mexanizmləri təqdim olunub və fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparılıb. Sahibkarlığa dövlət dəstəyinin göstərilməsində mexanizmlərin səmərəliliyinin artırılmasının önəmi nəzərə alınaraq, qurumlar arasında təcrübə mübadiləsinin aparılması müzakirə edilib.

Görüşdə Azərbaycanda və Gürcüstanda sahibkarlığın dəstəklənməsi istiqamətində mövcud vəziyyət və görülən işlərə toxunulub, qurumlar arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarınaAsiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları! Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram. ICAPP Asiya regionunda