Argentinada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirlərinə gənc pianoçu Ayan Məmmədlinin musiqi töhfəsi

Bu günlərdə Cənubi Amerikada, Argentinanın paytaxtı Buenos Ayres şəhərində, Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə möhtəşəm tədbirlər keçirilmişdir. May ayının 10-da keçirilən tədbirdə səfir Rəmzi Teymurov müstəqil Azərbaycanın banisi Heydər Əliyevin həyatı və dövlətçilik ənənələrinin formalaşdırılmasında əvəzsiz rolu barədə danışıb. Tədbirin gedişində Ümummilli Liderin həyat və fəaliyyətindən […]

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeni monoqrafiya nəşr olunub

Azərbaycan Universitetində “Qəlbi vətənlə çırpınan insan” adlı kollektiv monoqrafiya işıq üzü görmüşdür. Əsər Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında hazırlanaraq ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva və Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin elmi redaktorluğu ilə çapdan […]

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar media nümayəndələri arasında müsabiqə elan edir

İqtisadiyyat Nazirliyi “Heydər Əliyev İli” ilə əlaqədar olaraq ümummilli liderin irsinin təbliği məqsədilə media nümayəndələri üçün “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqəyə 8 may 2023-cü il tarixindən 28 may 2023-cü il tarixinədək televiziya və radiolarda yayımlanmış, qəzet və saytlarda dərc olunmuş materiallar təqdim edilməlidir. Materialların son təqdimedilmə günü […]

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

İkinci dünya müharibəsində faşizm üzərində qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Onlar doğma Azərbaycanın hüdudlarından […]

Tanınmış karateçi Milli Qəhrəman Polad Həşimovun adını daşıyan məktəbin qonağı olub

Karate üzrə 6 qat dünya, 12 qat Avropa çempionu, “Bakı 2015” I Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya karatesinin Qara Brilliantı Rəfael Ağayev Sumqayıt şəhərində yerləşən Milli Qəhrəman Polad Həşimovun adını daşıyan 28 nömrəli tam orta məktəbin qonağı olub. Rəfael Ağayev şagirdlərlə səmimi söhbət edib və onların suallarına […]

“Parametrli çalışmalar” kitabının təqdimatı keçirilib

Mayın 3-də Xırdalan şəhər 7 saylı tam otda məktəbdə, məktəbin riyaziyyat müəllimi Aydın Balakişiyevin “Parametrli çalışmalar” kitabının təqdimatı keçirilib. Təqdimatda məktəbin direktoru Yeganə Paşayeva və məktəbin riyaziyyat müəllimləri iştirak ediblər. Yeganə Paşayeva bu kitabın şagirdlər və müəllimlər üçün əhəmiyyətliliyini vurğulayıb, müəllifə uğurlar arzulayıb. Xatırladaq ki, “Parametrli çalışmalar” kitabı müəllifin sayca 4-cü kitabıdır.      

“Sağlam Həyat” Platforması layihəsinin icrası yekunlaşıb  

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sağlam Həyat” Platforması layihəsinin icrası yekunlaşıb. Layihə çərçivəsində sağlam həyat tərzinə dair ekspertlərin iştirakı ilə 4 maairfləndirici İnternet Tv verilişlər hazırlandı. Həmçinin gənclər üçün əyani vəsait olaraq “Sağlam Həyat bələdçisi” adlı kitabça və maarifləndirici bukletlər paylandı. Həmçinin 1 […]

Özbəkistanda “Qayınana” komediyası yeni mövsümdə tamaşaya qoyulub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kinematoqrafiyasının şah əsərlərindən olan “Qayınana” komediyası yeni mövsümdə səhnəyə qoyulub. İlk öncə çıxış edən Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrın direktoru, Özbəkistan və Qazaxıstanın əməkdar artisti Azim Mullaxanov Azərbaycan əsərlərinə daim Özbəkistanda böyük maraq olduğunu, “Arşın mal […]

Erkən və qohum nikahlarla mübarizə mövzusunda son təlim Kürdəmirdə keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına dəstək” layihəsi çərçivəsində son təlim Kürdəmir rayonunda keçirildi. Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri […]

Erkən və qohum nikahlarla mübarizə mövzusunda növbəti təlim Şamaxıda keçirildi  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim Şamaxı rayonunda keçirildi. Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və […]