Binəqədidə Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert keçirilib

27 aprel 2023-cü il tarixində Binəqədi rayonunda Zərifə Əliyeva adına istirahət parkında Bİnəqədi Rayon İcra Hakimiyyətinin “Space” müstəqil teleradio şirkəti ilə birgə təşkil etdiyi Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “ZƏRİF ANA” adlı konsert proqramı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Space” müstəqil teleradio […]
“Şiddətə yox de!” adlı qısametrajlı filmin təqdimatı keçirilib

Məişət zorakılığı zəminində fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizəni özündə ehtiva edən “Şiddətə yox de!” adlı qısametrajlı film çəkilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin həyata keçirdiyi “Zorakılıq hallarına qarşı mübarizədə müasir metodların təbliği” adlı layihəsi çərçivəsində ərsəyə gələcək qısametrajlı film geniş arenada […]
Almaniyanın Münxen şəhərində Azərbaycan musiqisi təqdim olunub

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Münxen şəhərinin tanınmış Sənətkarlar Evində (Münchener Künstlerhaus) konsert təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə Bavariya Lantaqının (əyalət parlamenti) deputatları, əyalətin hökumət qurumlarının təmsilçiləri, Münxendə akkreditə olunmuş konsullar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Bavariyada yaşayan Azərbaycan, türk, yəhudi və digər icmaların fəalları iştirak ediblər. Tədbirin başlanğıcında səfirlik tərəfindən hazırlanmış […]
“”Canavar”ın döyüş yolu” filminin təqdimatı keçirildi

Bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə icra edir. Layihə zamanı “Canavar” ləqəbli şəhid polkovnik-leytenant Rəşad Quliyev barədə film çəkilib. Şəhid Rəşad Quliyev barəsində ictimaiyyətə daha çox məlumat vermək üçün bu gün, şəhidin bacısı Nazilə Rəşidin […]
Erkən və qohum nikahlarla mübarizə mövzusunda növbəti təlim Biləsuvarda keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və təcrübələrinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim Biləsuvar rayonunda keçirildi. Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri […]
QHT sədri haqqında “Bir ömrün memuarı” adlı film çəkilib

Bugun.tv xəbər verir ki, Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimovun 65 illik yubileyi münasibəti ilə “Bir ömrün memuarı” adlı film çəkilib. Filmdə ölkənin tanınmış ictimai xadimləri Fizuli Kərimovla bağlı fikir və xatirələrini bölüşüblər. Xatırladaq ki, Kərimov Fizuli Şamil oğlu 1958-ci ildə İsmaylllı rayonunun İvanovka kəndində anadan olub. 1960-cı ildə ailəlikcə Gədəbəy rayonuna köçüblər. […]
Cəlilabad rayonunda qızların təhsil və peşə inkişafına dair Forum keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi (SQPR) tərəfindən icra olunan “Təhsil və peşə hər bir qızın haqqıdır!” layihəsi çərçivəsində Cəlilabad rayonunda Forum keçirilmişdir. Rayon icra hakimiyyəti, təhsil, səhiyyə, gənclər və idman, qeydiyyat, ailə, qadın və uşaq problemləri ilə iş və digər strukturların iştirakı ilə Cəlilabad Heydər Əliyev […]
“Odlar Yurdu–2023” Milli Mükafatı ilə bağlı sorğulara başlanıldı

“Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası”nın və “Vision Media Group”un təşkilatçılığı ilə keçiriləcək “Odlar Yurdu-2023” Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə “Odlar Yurdu” Milli Mükafatı 2012-ci ildən başlayaraq mütəmadi olaraq öz sahiblərinə təqdim olunur. Layihə rəhbəri onu da qeyd etdi ki, “mükafatın təqdim olunmasında məqsəd hər il öz fəaliyyət […]
Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Universitetində “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçirildi. Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü ilə keçirilən “Qlobal çağırışlar və Türk Dünyası” mövzusunda I Beynəlxalq elmi konfransın əsas məqsədi türk dünyasının tarixi, mədəniyyəti və müasir dövrdə geosiyasi vəziyyətinin öyrənilməsi olmuşdur. Konfransı giriş sözü ilə Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər […]
Erkən və qohum nikahlarla mübarizə mövzusunda təlimlərə Masallıdan start keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və potensialının artırılmasına dəstək” layihəsi çərçivəsində təlimlərə Masallı rayonunda start verildi. Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri […]