Yeni yaranan 100 QHT-yə təlim keçirilir

Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir. Avrasiya.net-in xəbərinə görə, ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Layihənin idarə edilməsinin əsasları” təliminin açılış mərasimi keçirilib. Təlim son illər yaranmış yeni QHT-lər üçündür, prosesə 100-ə yaxın QHT cəlb olunub. ADA Universitetinin prorektoru Fariz […]

Arxangelskinin diaspor rəhbəri təltif olunub

Ötən gün Moskvada, Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində “Neft-qaz sənayesinin formalaşması və inkişafı – Rusiya və Azərbaycan alim və mütəxəssislərinin töhfəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu tədbir çərçivəsində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının rəhbəri Tərlan Qasımov N.K. Baibakov adına İqtisadi İnkişafa Yardım Fondunun elmi rəhbəri, Rusiya Elmlər Akademiyası Rəyasət […]

Murmanskda keçirilən sərgidə Azərbaycan təmsil olunub

Noyabrın 4-də Murmansk vilayətində, Rusiya Federasiyasının müxtəlif xalqlarının sərgiləri olmuşdur. Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı Azərbaycan mədəniyyəti və tarixi haqqında ətraflı məlumat vermişlər. “Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi” adından hamınızı “Rusiya birliyi günü” münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə uzun ömür, cansağlığı və […]

Murmanskdakı diaspor rəhbəri təltif edilib

Milli Birlik Gününün qeyd olunması ərəfəsində Murmansk vilayətinin qubernatoru Andrey Çibis regionun milli-mədəni və dini təşkilatlarının nümayəndələri ilə görüş keçirib. Həmçinin Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədri Hüseynov Afil Qurban oğlu ilə görüşmüşdür. Bu haqda saytımıza Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi”nin sədr müavini Mehdi Fəyyazlı məlumat verib. “Görüş zamanı Hüseynov Afil […]

Ucar və Göyçay şəhərlərində milli ailə modeli və qloballaşma mövzusunda tədbir keçirilib

Demokratik Azərbaycan Naminə gənclərin (DANİB) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qloballaşmanın zərərli təsirlərinə qarşı mübarizədə ənənəvi ailə modelimizin və milli-mənəvi dəyərlərin təbliği, tədbirlərin təşkili” adlı layihə çərçivəsində Ucar və Göyçay şəhərlərində tədbir keçirib. Toplantı başlamazdan öncə ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda canından keçən şəhidlərimizin ruhu […]

“Heydər Əliyevin Dənizkənarı Milli Parkın inkişafında misilsiz xidmətləri” adlı konfrans keçirilib

Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Memarlıq və İnşaat Universiteti Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasimətilə “Heydər Əliyevin Dənizkənarı Milli Parkın inkişafında misilsiz xidmətləri” adlı konfrans keçirib. Dənizkənarı Bulvar İdarəsinin sədri İlqar Mustafayev Ulu Öndər Heydər Əliyevin Bakı bulvarının inkişafındakı xidmətlərindən, bu xidmətlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. O qeyd edib ki, […]

Avstraliyada Türkiyənin Cümhuriyyət bayramının 100-cü ildönümü münasibəti ilə konsert keçirilib

Oktyabrın 21-də Avstraliyada Türkiyənin Cümhuriyyət bayramının 100-cü ildönümü münasibəti ilə Avstraliya Türk musiqi Ansamblının konserti olub. Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl Oyta və GADTB Qadın və İnsan HaqlarıHa Departamentinin sədri Sara Azərsun da iştirak ediblər. Bu tədbirdə Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Multikulturalizm Məsələləri […]

Gənclər arasında intellektual bilik müsabiqəsi keçirildi

 21 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu 25 nömrəli tam orta məktəbdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli sərvətimiz – mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində gənclər arasında milli-mənəvi dəyərlər istiqamətində intellektual bilik müsabiqəsi keçirildi. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı […]

Lənkəran məktəblərində arfimetika təlimləri keçiriləcək

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Khan Academy Lənkəran təhsilində” layihəsi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunmağa başlamışdır. 9 (doqquz) ay müddətində icra olunacaq layihənin əsas məqsədi Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbin və eləcə də S.Əliyev […]

Volqoqradda Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılış mərasimi olub

2023-cü il oktyabrın 18-də qəhrəman şəhər Volqoqradda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının general-mayoru, Stalinqradın müdafiəçisi, Stalinqrad döyüşünün iştirakçısı Həzi Aslanovun yenilənmiş xatirə lövhəsinin açılış mərasimi keçirilib. Bu əlamətdar hadisə Stalinqradda faşist qoşunlarının Qırmızı Ordu tərəfindən məğlub edilməsinin səksəninci ilində baş verib. Həzi Aslanovun xatirə lövhəsi ilkin olaraq 1966-cı il fevralın 2-də Stalinqrad döyüşündə […]