Şamaxı rayonunda ideologiya mövzusunda tədbir keçirildi

“Müasir İnkişaf” İctimai Birliyi 01 iyul – 31 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən ideologiya” adlı layihə həyata keçirir. Layihə çərçivəsində sonuncu – dördüncü tədbir Şamaxı rayonunda keçirilib.Tədbirdə çıxış edən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi […]

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələmək üçün çadırlar qurublar

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər. “Azərtac”ın bölgə müxbiri xəbər verir ki, artıq Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırılıb. Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcəklər. Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları ilə danışıqlar aparıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş […]

Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı haqqında kitab nəşr olunub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə Azərbaycanın Milli Qəhrəmani İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən özbək dilində “Vatan uchun jon fido qilgan qahramonlar” (“Vətən üçün can fəda edən qəhrəmanlar”) adlı kitab işıq üzü görüb.Müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşrdə birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü […]

QHT Tovuzda ” İstedadlı gənclərin sorağında” adlı tədbir keçirdi-FOTO

24-25 avqust 2023- cü il tarixində Tovuzda bir qrup istedadlar öz bacarıqlarını təqdim etdilər. QHT -lərə  Dövlət Dəstəyi Agentliyinin Maliyyə yardımı ilə “İstedadları tanıyaq və tanıdaq” İB-nin “Regionlarda istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi” adlı layihəsi ilk olaraq Tovuzda reallaşdırıldı. Tovuz rayon Tarix -Diyarşünaslıq muzeyində keçirilən “İstedadlı gənclərin sorağında” adlı tədbirdə Qazax -Tovuz Regional Mədəniyyət […]

Ekologiya və təbii sərvətlər naziri Naxçıvana gedib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan Muxtar Respublikasına səfərə gedib. “Repur”un yerli bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb. Səfər çərçivəsində Muxtar Babayev Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edəcək, […]

Regionlarda erkən nikahlarla mübarizəyə dair maarifləndirici seminarlar keçirilmişdir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Sosioloji Qrupların Psixoloji Reabilitasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda erkən nikahlar: reallıqlar və perspektiv inkişaf  təşəbbüsləri ilə bağlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində 4 regionda maarifləndirici seminarlar keçirilmişdir. İlk tədbir Salyan rayonunda 30 nəfər yerli icra, aidiyyətli qurum, ailə, qadın və uşaq problemləri ilə məşğul olan […]

Gənclər siyasətinin prioritetləri

Bu gün dövlətin gənclər siyasətində gənclərin fiziki və mənəvi inkişafı məsələsinə xüsusi yer verilir. Ümumiyyətlə, indiki dövrümüzdə gənclərin arzularının reallaşması üçün daha əlverişli şərait yaranıb. Bütün bunlara görə indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, milli, mənəvi, ümumbəşəri […]

Regionlarda qohum nikahlarla mübarizəyə dair maarifləndirici seminarlar keçirilmişdir  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan “Qohum nikahlarla mübarizədə ictimai vəkillik və hüquqi lobbiçilik istiqamətində tədbirlərin, seminarların təşkili” layihəsi çərçivəsində 5 regionda maarifləndirici seminarlar keçirilmişdir. İlk tədbir Saatlı rayonunda bölgənin 30 nəfər yerli icra, aidiyyətli qurum, ailə, qadın, uşaq problemləri təşkilatı, gənclər, təhsil, […]

Ətraf mühitdən asılı olaraq ətir çalarları dəyişən plümeriya

Daha çox Cənubi Amerika, Karib adaları və ABŞ-ın cənub ştatlarında yayılan plümeriya tropik bitki sayılır. Subtropik iqlimli ölkələrdə onu dekorativ məqsədlə park və bağçalarda əkirlər. Təbiətdə 5-8 metr hündürlüyündə olan plümeriya ətir və təravətini uzun müddət saxladığına görə həmin ölkələrdə qadınlar saçlarını onun çiçəkləri ilə bəzəyirlər. AZƏRTAC xəbər verir ki, ağ, sarı, çəhrayı, al-qırmızı və […]