Naxçıvanda rəssam İbrahim Səfiyə həsr olunmuş kitab və filmin təqdimatı olub

Avqustun 17-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dünyaşöhrətli rəssam İbrahim Safinin doğma vətənində 125 illik yubileyi qeyd olunub. Gecədə Naxçıvanda Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Naxçıvan İcra Hakimiyyətin nümayəndələri, şəhid ailələri, ümumiyyətlə, Naxçıvan MR-nın ziyalıları, rəssamın qohumları, məktəblilər iştirak ediblər. Qeyd edək ki, tədbir Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının […]
Diaspor rəhbəri Taleh Mahmudovun ad günüdür

Rusiyanın Krasnoyarsk diyarındakı Azərbaycan diasporu öz fəallığı ilə seçilir. Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının illik plan əsasında keçirdiyi tədbirlər sayəsində Azərbaycan diasporu yerli xalq və rəsmi qurumlar arasında nüfuz qazanıb. Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyəti regional ictimai təşkilatının 2023- cü il üçün əsas planı müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin […]
1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Dil millətin mənəvi simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi də millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və onu qorumaq qüdrətinin, eyni zamanda, ədəbi dilinin zənginliyinin təsdiqidir. Bütün bunlarla yanaşı, Azərbaycan dili, həm də xalqımızın varlığının əsas təminatçısı, milli varlığını müəyyənləşdirən mühüm amillərdən biridir. Bir sözlə, ana dilimiz dövlət […]
“Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirilib

İyulun 30-da Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Xızı şəhərində, Cəfər Cabbarlının ev muzeyində “Xızıda Cəfər Cabbarlı günü” adlı tədbir keçirildi. Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği […]
Novorossiysk şəhərinin milli-mədəni birliklərinin nümayəndələrinin toplantısı olub

İyulun 25-da Rusiya Federasiyasının Novorossiysk şəhərinin bələdiyyə başçısı yanında Millətlərarası və konfessiyalararası münasibətlər üzrə idarələrarası komissiyanın iclası keçirilib. Tədbirdə Novorossiysk şəhərinin milli-mədəni birliklərinin nümayəndələri, eləcə də Krasnodar diyarı Azərbaycanlılar Birliyinin rəhbərliyi iştirak ediblər. Bu haqda saytımıza Krasnodar diyarı Azərbaycanlıları Birliyinin sədri Cəlal Abdullayev məlumat verib. İclasda sülh və əmin-amanlığın necə qorunub saxlanması, millətlərarası münasibətlərin möhkəmləndirilməsi […]
Orenburqda əlaçı azərbaycanlı tələbələrə noutbuklar təqdim edilib

“Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının ofisində Orenburqdakı təhsil müəssisələrini müvəffəqiyyətlə bitirmiş, qızıl medal və qırmızı diplom almış gənc həmvətənlərimizin – məktəb və ali təhsil müəssisələrinin məzunlarının qəbulu, təltif və mükafatlandırma mərasimi keçirilmişdir. Aksiyanın təşəbbüskarı və tədbirin təşkilatçısı “Orenburq regional Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Yaşar Məsimov olub. “Əlaçı” sosial aksiyası çərçivəsində Həsənova Ayşən Həsənqulu […]
Milli dəyərlərimizin təbliğinə həsr olunan televiziya verilişləri hazırlanıb və kitab nəşr olunub

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Qloballaşan dünyanın təsirlərinə qarşı effektiv mübarizə – Milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrasını başa çatdırıb. Layihə çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov (//m.youtube.com/live/8YKozS4UY3E?feature=share&fbclid=IwAR1lWe0LcsBdk59RAk44EEVJ3QiGjAr2knaALMIKWQx_vEM3cvMA19rlHJI), İlahiyyat İnistitutunun “Dinsunaslıq” kafedrasinin müdiri Anar Qafarov (//youtube.com/live/rbCkimXOUYg?feature=share) və “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri, […]
Qəbələ və Qaxdakı tarixi diyarşünaslıq muzeylərinin bu günki vəziyyəti araşdırılacaq

Laləndar Novruzova: “Muzeylər qorunursa, demək bizim tariximiz qorunur və bu da bizim tariximizin əbədi qalması deməkdir” Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyi 1 iyul 2023-cü il tarixindən “Ölkəmizin şimal rayon mərkəzlərində olan tarix-diyarşünaslıq muzeylərin bu günki vəziyyətinin araşdırılması” layihəsinin icrasına start vermişdir. Bu haqda Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək ictimai birliyinin […]
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı

Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 148-ci ildönümünü qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mətbuatımızın qaranquşu olan […]
Veteran diaspor üzvünün doğum günüdür

Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan […]