Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Dekabrın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək. Şüvəlan qəsəbəsi, Polis Akademiyasının yaxınlığında yerləşən Bravo Şüvəlan supermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində […]

ADSEA hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması çərçivəsində kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Bundan başqa, qış […]

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (Nayora) üzv olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ekokönüllülər iştirak edib. Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasına töhfə vermək və gəncləri təbiətin qorunmasında fəal […]

Xəzərin Bilgəh sahilində təmizlik aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində könüllülər Xəzərin Bilgəh sahilində təşkil olunan “Birlikdə” təmizlik aksiyasında iştirak ediblər. İməcilik zamanı könüllülərin iştirakı ilə sahilyanı ərazi 200 kq-dan artıq tullantıdan təmizlənib. Təmizlik aksiyasının keçirilməsində məqsəd gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etmək və onlarda ekoloji məsuliyyət hissinin formalaşmasına nail olmaqdır.

Bu gün Beynəlxalq Dağlar Günüdür

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq 11 dekabr tarixi hər il dünyada Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd dağların qorunmasının vacibliyinə diqqət çəkmək, onların ekoloji, iqtisadi və mədəni əhəmiyyətini vurğulamaq, dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır. Bu il Beynəlxalq Dağlar Günü “Dayanıqlı gələcək üçün dağ həlləri-innovasiya, uyğunlaşma və […]

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 74 kq işlənmiş batareya təhvil alınıb

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb. Ekokönüllülər tərəfindən “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik Mall, 28 Mall və Koroğlu hipermarket filiallarından ümumilikdə 74 kq […]

Oksford Universitetinin professoru: Yeni maliyyə hədəfi ölkələrə iqtisadiyyatlarını qorumağa kömək edəcək

6-cı Maddənin tam fəaliyyəti ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (MSMT) həyata keçirilməsi üçün illik xərclərini təxminən 250 milyard ABŞ dolları azalda bilər. Şahzadə Sultan Universitetinin (Səudiyyə Ərəbistanı) Davamlılıq və İqlim Mərkəzinin (CSC) təsisçi direktoru, Oksford Universitetinin Müqəddəs Antoni Kollecinin dəvətli mühazirəçisi, professor Mohammad Nurunnabi bildirib. Onun sözlərinə görə, 2024-cü il mövcud geosiyasi vəziyyəti nəzərə […]

CAR Bakıda keçirilən COP29-un nəticələrini alqışlayır

Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Corc BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini alqışlayıb. Bu barədə “Report” CAR-ın Meşə, Balıqçılıq və Ətraf Mühitin Mühafizəsi Nazirliyinə istinadən məlumat verir. Məlumata görə, Paris Sazişinin karbon bazarlarına aid 6.2 və 6.4-cü maddələri üzrə Bakıda qəbul edilmiş qərarlar CAR və […]

Ətraf mühitin sağlamlaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir

Azərbaycan qlobal iqlim dəyişikliyi ilə sözdə deyil, əməldə mübarizə aparır. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O qeyd edib ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü. “Respublikamızın hər bir bölgəsində ətraf mühitin qorunmasına, ekoloji layihələrə xüsusi […]

“Gənc diplomatlar” COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

“Gənc diplomatlar” (Jóvenes Diplomaticos) Beynəlxalq Təşkilatı Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla keçirməsi münasibətilə təbrik edib. “Report” xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Təşkilat Azərbaycanı və COP29-un təşkilatçılarını konfrans çərçivəsində əldə edilən real nailiyyətlərə, uğurlu danışıqlara və razılaşmalara görə təbrik edir. “Gənc diplomatlar” […]