Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Azərbaycanda meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Bu sıradan ölkədə nəhəng su anbarları, kanallar istismara verilib. […]

Kür çayının Bankə məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Noyabrın 24-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb, Şəmkirçayın Qalakənd, Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi dəyişməyib, Qusarçayın Kuzun və Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo, Lənkərançayın Sifidor məntəqələrində 1 santimetr, Viləşçayın Şıxlar məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə […]

Sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir

Azərbaycanda noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 13-17° isti, Bakıda gecə 10-12°, […]

Azərbaycana daha 10 zubr gətirilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində noyabrın 22-də Azərbaycana daha 10 zubr gətirilib. Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib. Qeyd edilməlidir ki, zubrların Azərbaycanın təbiətinə qaytarılması üzrə həmin layihəyə 2019-cu ildə start verilib. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında […]

Macarıstanın Azərbaycandakı səfiri ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə […]

Mərdəkanda tinglərin paylanılması aksiyası keçiriləcək

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə noyabrın 24-də saat 15:00-da Mərdəkanda tinglərin paylanılması aksiyası keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Bir ağac – min nəfəs” devizi altında təşkil olunan “Tullantıları tinglərə dəyiş” aksiyası zamanı […]

Su hövzələrini necə qorumalıyıq?

ABİ rəhbəri: “Su hövzələrində biomüxtəlifliyi qorumaq üçün əsas məqamlardan biri ölkədə həvəskar idman balıqçılığını inkişaf etdirməkdir”   Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.  Biloloji müxtəliflik yer üzərində […]

Sabah hava yağmursuz olacaq

Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer […]

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Ələsgər Vahabov, Sumqayıt şəhər sakini Ziyad Əhmədov, Xaçmaz rayon sakinləri Emirmət Vəlimətov […]

Xəzər sahilində yayılan plastik materiallarla bağlı rəsmi açıqlama

Xəzər dənizinin Goradil və Fatmayı sahillərində çox sayda ağ kiçik dənəvər formalı plastik materialın olması ilə bağlı görüntülər yayımlanıb.  “Qafqazinfo” xəbər verir ki, yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadovun “Qafqazinfo”ya bildirdiyinə görə, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal […]