Ölkə üzrə meşəbərpa tədbirləri davam edir

Ötən gün meşə fondu torpaqlarında 29 000 ağac əkilib. Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri ötən gün Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional […]
Azərbaycanda su hövzələrinin monitorinqində nələrə diqqət etmək lazımdır?

Ekspert: “Azərbaycanda yeraltı sular da neftlə çirklənib” Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması ilə bağlı monitorinqlərin təşkili mühüm şərtdir. […]
Sabah Bakıda 22 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12°, gündüz 14-17° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer […]
Elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib

Ekologiya və Təbii Sərvətlər və Energetika nazirliklərinin təşkilatçılığı, Azərbaycan Avtomobil Federasiyası, “ISR Holding”in dəstəyi ilə Elektromobil və hibrid avtomobillərlə yürüş keçirilib. İştirakçılar yürüşün start götürdüyü Müşfiqabad qəsəbəsi ərazisində ağac əkməklə atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına töhfə veriblər. Ekoloji təmiz avtomobillərdən istifadənin təşviqinə hədəflənən avtoyürüş Qobustan Hibrid Elektrik Stansiyasına qədər davam edib. Burada tədbir iştirakçılarına karbon emissiyalarında […]
Günün hava poroqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan […]
“Bir ağac-min nəfəs” aksiyası bu dəfə Xırdalanda keçirilib

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac-min nəfəs” aksiyası bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində keçirilən ting paylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi […]
Xəzər dənizində aparılan monitorinqlər başa çatıb

Xəzər dənizinin Azərbaycan sektorunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən monitorinqlər başa çatıb, Xəzər dənizinin hidrobioloji və hidrokimyəvi vəziyyəti öyrənilib. Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya qrupu yerli və xarici şirkətlərin neft-qazçıxarma müəssisələrinə aid özül və platformalar ətrafında, eyni zamanda Cənub-Şərqi […]
Ağdam rayonunda Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən […]
Su hövzələri ilə bağlı monitorinqlər necə aparılır?

Yaxud Azərbaycanda ən çox çirklənmiş su hövzələri barədə Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Ölkənin mövcud su hövzələrində ekoloji təhlükəsizliyin təmin olunması mühüm amillərdən biridir. Bu baxımdan […]
Sabah 21° isti olacaq

Noyabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer […]