Ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 72 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda, Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində “Xəzər İnşaat XXI Əsr” MTK-ya, Nərimanov rayonu ərazisində “Sizin Yurd” MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz […]

“AzerGold” QSC “Qırmızı Kitab”a daxil edilmiş nadir bitki növlərinin çoxaldılması və reintroduksiyası layihəsini icra edir

2021-ci ildən etibarən Daşkəsən rayonunun ərazisində bitən və “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin “AzerGold” QSC tərəfindən çoxaldılmasını və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyasını özündə ehtiva edən növbəti ekoloji layihəyə başlanılıb. QSC-dən AZƏRTAC-a bildirilib ki, ötən il oktyabrın 14-16-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının Qida və dərman bitkiləri […]

“Bir ağac-min nəfəs” aksiyası davam edir

“Bir ağac-min nəfəs” aksiyası bu dəfə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib və vətəndaşlardan ümumi tutumu 123 litr olan plastik, 9 litr şüşə tullantı və 44 ədəd işlənmiş batareya təhvil götürülüb, əvəzində isə vətəndaşlara ağac tingləri paylanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, […]

Azərbaycanın meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib

Azərbaycanda əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib. Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, payız əkin mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 000 ağac əkilib, 18 ton toxum səpilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar […]

QHT sədri: “Qanunsuz balıq ovuna qarşı mübarizə gücləndirilməlidir”  

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.  Təbii sərvətlərin mühüm tərkib hissəsini bioloji müxtəliflik təşkil edir. Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su […]

Suqovuşan su anbarına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 000 çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel […]

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: müvafiq rəy olmadan ağacların digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların müvafiq rəy olmadan ərazinin hüdudları daxilində digər sahəyə qanunsuz köçürüldüyü müəyyən edilib. “Faktla […]

Milli parkın ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Bakıda ağacları qanunsuz köçürən şəxs cərimələnib

Bakıda ağacları qanunsuz köçürən şəxs cərimələnib. Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12 b ünvanında ağacların texnika vasitəsilə kökündən çıxarılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda xüsusi mülkiyyətdə olan torpaq sahəsindəki ağacların […]

Xudatın məşhur bazarı: ərazi üfunət qoxuyur, məhsullar çirkli piştaxtalarda satılır – REPORTAJ

Xaçmaz rayonunun Xudat şəhərinin məşhur bazarı bərbad vəziyyətə düşüb və buranın mövcud durumu şəhərin görkəminə xələl gətirir. Bu barədə “Report”un Şimal burosuna yerli sakinlər məlumat verib. Bildirilib ki, uzun müddətdir şəhərin “Həftə bazar”ı yararsız hala düşüb. Elə məhz buna görə də əməkdaşımız həmin əraziyə yollanıb və bazarın vəziyyəti ilə yaxından tanış olub. Məlum olub ki, böyük […]