Daha iki gün geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək. Bu barədə APA-ya Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir. 24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

“Atmosferə atılan istixana qazlarının idarə edilməsi haqqında” yeni qanun layihəsi ictimai müzakirəyə çıxarılırq

“Atmosferə atılan istixana qazlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin mətni ictimai müzakirənin təmin edilməsi məqsədilə Nazirliyin (eco.gov.az) rəsmi saytında yerləşdirilib. Vətəndaş cəmiyyəti institutları, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar, mütəxəssis və ekspertlər layihə ilə tanış ola, rəy, irad və təkliflərini bu elan yerləşdirildiyi tarixdən 22 noyabr tarixinədək lhr@eco.gov.az ünvanına göndərə bilərlər.

Qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində Səhiyyə Nazirliyinin inzibati binasının, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın, Mərdəkan Reabilitasiya Pansionatının, Mərdəkan qəsəbəsində yerləşən “Sahil” düşərgəsinin və “Xətai Park” MMC tikinti şirkətinin inşa etdiyi yaşıyış kompleksinin ərazisində olan qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib. “Report” xəbər verir ki, ekoloqların, QHT, həmçinin digər maraqlı tərəflərin iştirakı […]

Azərbaycanlı fəal BMT-də Ermənistanın ekoloji terrorundan DANIŞDI

“İlk növbədə ətraf mühitin mühafizəsi” QHT Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva BMT Baş Assambleyanın 78-ci sessiyası çərçivəsində keçirilən “Universal Tibbi Təminat”, “Pandemiyaya Hazırlıq və Cavab tədbirləri” və “Vərəm”lə bağlı Baş Assambleyanın yüksək səviyyəli həftəsində çıxış edib. “Report”un ABŞ bürosu xəbər verir ki, P. Vəliyeva çıxışında Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında törətdiyi ekoloji […]

Ölü balina insanların gözü qarşısında partladı – FOTO

Balıqçılar ABŞ-nin Kaliforniya sahillərində olduqca qorxulu mənzərə ilə üzləşiblər – orada ölü qozbel balina cəsədi partlayıb. Bu barədə yerli sakinlər sosial şəbəkələrdə video paylaşıblar. Ölü məməlinin cəsədi onun yanından keçən qayıqda olan balıqçıların kameralarına düşüb. İnsanlar nəhəng cəsədi lentə alarkən inanılmaz hadisə baş verib – balinanın cəsədi partlayıb, ətrafındakı su qırmızıya boyanıb və heyvanın içalatı […]

“Azad edilmiş ərazilərimizdə ekoloji vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır”

“Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva: “Oxçuçayın həddən ziyadə çirklənərək zəhərlənməsi, işğal altında olmuş qiymətli meşələrimizin məhv edilməsi, min illərlə yaşı olan abidə ağaclarımızın qırılması müşahidə edilib. Hazırda Qarabağın təbiəti reanimasiya prosesini keçir” Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin […]

“Su anbarları və Xəzərlə əlaqəsi olan çay və kollektorlara balıq buraxılması vacibdir”

Ekspert Əfqan Əliyev: “Azərbaycanda da Ekologiya Polisi yaradılmalı və ya tam olaraq bu sahənin qorunması üçün balıqçılığa aid dövlət qurumu olmalıdır” Azərbaycanda bioresursların artırılması və bərpası istiqamətində bir sıra tədbirlər həyata keçirilir və onların müsbət nəticələri var. Bunu su hövzələrindəki bioresursların artırılması təşəbbüsləri ilə bağlı da demək olar. Məsələn, bu gün ölkədə balıqartırma zavodları fəaliyyət […]

“Qarabağ iqtisadi rayonu ərazisində olan su hövzələrimizin mütəmadi olaraq monotorinqi aparılmalıdır”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Sərsəng su anbarına nəzarət Azərbaycana verilməlidir” Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin […]

Şahdağda qar örtüyünün hündürlüyü 2 sm olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.Bu barədə “Report” a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 48 mm, Oğuzda 39 mm, Lerikdə 34 mm, Qəbələdə 33 mm, […]

Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu keçirildi – FOTO

Sentyabrın 16-da 2023-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, “Azərbaycan-Türkiyə” Qida Təhlükəsizliyi İctimai Birliyi və “Push30” şirkətinin tərəfdaşlığı ilə “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi 2-ci Respublika Forumu” keçirilib. Forum dövlət himni ilə açıq elan olunub və ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğullarımızın ruhu bir dəqiqəlik sükutla […]