Sabah havanın temperaturu 39 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən […]

Sumqayıtda 17 ədəd köküstə yaş ağac qanunsuz kəsilib

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 5-ci mikrorayonla 45-ci məhəllə arasındakı yaşıllıq ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Report”a bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin […]

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Kür çayının Neftçala rayonunun ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov vurğulayıb ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Bəhruz Mirzəyev, Yevlax rayon sakini Rəşid İsmayılov, Qax rayon sakini Rövşən […]

Sabah Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. […]

Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlanıb

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib: […]

 Qobustan rayonu Cəngi Meşəbəyliyi  

Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icrasına davam edir. Layihənin iş cədvəlinə uyğun olaraq ikinci tədbirini 15 avqust 2023-cü il tarixində Qobustan rayonu Cəngi Meşəbəyliyinin ərazisində həyata keçirtmişdir. Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial iqtisadi inkişafa […]

Düzənlikdə salınmış “Cənnət”

Eko Aləm Ictimai Birliyi 1 iyul  2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icra edir. Layihənin iş cədvəlinə uyğun olaraq ilk tədbiri 9 avqust 2023-cü il tarixində Salyan rayonu Xıdırlı kəndində Ekologiya Təbii sərvətlər Nazirliyinin “Xəzər Dəniz Suyunun […]

“Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsi həyata keçirilir

Bakıda və bir sıra rayonlarda dəniz sahilinin, çay, göl və su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi aparılacaq. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin […]

Regionlarda yaşıllıqların mühafizəsi və qorunması ilə bağlı maariflənmə aparılacaq

Eko Aləm İctimai Birliyi 1 iyul 2023-cü il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Yaşıllıqların inkişaf etdirilməsi, mühafizəsi və istifadəsi sahəsində aparılan fəaliyyətlərin  araşdırılması” layihəsinin icrasına başlamışdır. Bu haqda Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib. Sevil Yüzbaşeva deyib ki, layihənin əsas ideyası iqlim dəyişikliyi ilə mübarizədə […]

Azərbaycana qar yağıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib. Ekosular.az xəbər verir ki, iyulun 17-si gecə saatlarında Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb. Düşən yağıntının miqdarı: Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 […]