Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində monitorinqin nəticələrinə həsr edilmiş hesabat nəşr edib. Hesabatda monitorinqi aparılmış su hövzələrində çirklənmənin vəziyyəti barədə məlumatlar əksini tapacaq. Hesabat müvafiq dövlət qurumlarına, ictimai birliklərə və ekspertlərə paylanmaq üçün […]

Su hövzələrinin və oradakı biomüxtəlifliyin qorunması üçün hansı kampaniyalar təşkil edilməlidir?    

Ekspert: “Bir sıra faktorlar çimərlik turizminin inkişafına mane olur” Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir. Təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növü […]

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanda noyabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 773 millimetr civə sütunu, […]

“Yaşıl ürək” ətraf mühit layihəsi çərçivəsində ağacəkmə aksiyası keçiriləcək

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld BP və tərəfdaşlarının dəstəklədiyi “Yaşıl ürək” ətraf mühit layihəsi çərçivəsində Samux rayonunda ağacəkmə təşəbbüsündə iştirak ediblər. BP-dən AZƏRTAC-a bildirilib ki, layihə torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlib. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında […]

Alma orqanizmi digər meyvələrdən daha yaxşı kolon xərçəngindən qoruyur

Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur. AZƏRTAC xəbər verir ki, amerikalı tədqiqatçılar (Montana Dövlət Universiteti) almanın insan bağırsağı üçün şübhəsiz faydalarını əsaslandırıblar. Belə ki, bu meyvənin otoimmün xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri boğduğu sübut edilib. Alma orqanizmi […]

“Qarabağın flora və faunası” adlı elmi-praktik konfransı keçirilib

23 noyabr 2022-ci il tarixində Respublika “Fitoterapevtlər” İctimai Birliyi “Qarabağı dünyaya tanıdaq” layihəsi çərçivəsində “Qarabağın flora və faunası” adlı elmi-praktik konfransı keçirilmişdir. Respublikanın millət vəkillərinin, elm-sənət adamlarının, alim və həkimlərin, digər ziyalılar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən konfransa, Qarabağın azadlığı uğrunda canlarından keçmiş şəhid ailələlərinin nümayəndələri və Vətən müharibəsi qaziləri də dəvət edilmişdir. Azərbaycanın […]

Meşəbərpa tədbirləri davam edir

Ölkənin bütün regionlarında payız ağac əkini mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir, meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının […]

Noyabrın 26-da dağlıq ərazilərdə qar yağacağı gözlənilir

Azərbaycanda noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 14-16° isti, Bakıda gecə […]

Elektrik və hibrid mühərrikli avtomobillərin idxal faizi ilbəil artır

Ötən illə müqayisədə ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin işlənmişlərinin sayında artım qeydə alınsa da, yenilərinin sayında həmin tendensiya müşahidə olunmur. AZƏRTAC xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib. “Ölkəyə idxal olunan elektromobillərin, xüsusilə yenilərinin sayında artım var. Lakin hibrid avtomobillərinə […]

Cəbrayılda qanunsuz ov edən şəxslər saxlanılıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Alıyev və E.Rüstəmov 7 saylı qəsəbə ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və ovladıqları çöl […]