Mikayıl Cabbarov Patrik Puyanne ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb. Bu barədə o öz profilində paylaşım edib. Bildirilib ki, Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

“Abşeron” yatağının yüksək hasilatla işə düşməsi Azərbaycanın enerji ehtiyatlarının zənginliyinin göstəricisidir

Avqustun 31-də “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev […]

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin 193-ü elektronlaşdırılıb

Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az , həmçinin, Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.   Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması operativliyi və vətəndaş məmnunluğunu təmin etmək baxımından böyük önəm kəsb edir. Bu baxımdan, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, […]

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları asanlaşdırır”

Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi sahibkarların xərclərini minimuma endirməyə və optimallaşdırmağa imkan verir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. Millət vəkilinin sözlərinə görə, bu Qərar sahibkarlar üçün yeni imkan kimi dəyərləndirilməlidir: […]

Dinamik iqtisadi uğurlar

Ulu Öndər Heydər Əliyev: “Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır” Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatlar aparılır. Bu, iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun daima mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqisinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş […]

AMB: “Biznes kreditlərinin şərtləri yumşaldılıb”

Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar olub. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. “Biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir. Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən […]

AZAL “A320neo” ailəsinə aid 12 təyyarə sifariş edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “A320neo” və “A321neo” laynerləri daxil olmaqla “A320neo” ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib. Bu gün Bakıda alqı-satqı müqaviləsinin imzalanması mərasimi keçirilib. Yeni təyyarələr aviaşirkətin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa və parkda olan bütün hava gəmilərində sərnişinlərin yüksək səviyyədə rahatlığını təmin etməyə imkan verir. Bu amillər müasir və qənaətcil […]

Sumqayıt Kimya Sənaye Parkında 3 şirkətə rezidentlik statusu verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. “Ekosular.az” xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 35-ə çatıb. Yeni rezidentlər – “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və […]

Macarıstan Azərbaycandan qaz tədarükü üçün iki ölkə ilə saziş imzalayacaq

Macarıstan aprelin sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə cümə axşamı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin energetika nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. O, qazın Avropaya çatdırılması […]

London əsas maliyyə mərkəzi kimi birinciliyini əldən verdi

Böyük Britaniyanın paytaxtı London tarixdə ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi kimi birinci yeri əldən verib. Hazırda liderliyi Nyu-Yorkla bölüşür. Bu barədə London administrasiyasının hesabatında qeyd edilir. London və Nyu-York rəqabətqabiliyyətlilik sahəsində hər biri 60 bal toplayıb. Eyni zamanda, Londonun indeksi ötən illə müqayisədə bir, Nyu-Yorkun göstəricisi isə iki bənd artıb ki, bu da […]