Azərbaycan hotellərində dekabr üçün orta qiymət 25 %-ə yaxın artıb

Bu il Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com vasitəsilə bir gecə qalmaq üçün orta qiymət 154,3 manat təşkil edib. Bu, ötən illə müqayisədə 24,2 % çoxdur. Təkcə dekabr ayında isə booking.com-da ölkə hotellərində bir gecə qalmaq üçün orta qiymət 149,7 manat olub ki, bu da bir il əvvələ nisbətən 24,7 % çoxdur. Müqayisə üçün, İstanbul hotellərində yanvar-dekabr […]

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18%-ə yaxın artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 1 milyon 816,4 min nəfər olub. Bu barədə “Ekosular.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir. Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 35,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,1 faiz, Gürcüstana gedənlərin sayı 13,4 […]

Rusiyanın Balaşixa şəhərində keçirilən tədbirdə mədəniyyətimiz təbliğ edilib

2023-cü il noyabrın 4-də Moskva yaxınlığındakı Balaşixa şəhərinin Mədəniyyət Sarayında Milli Birlik Gününə həsr olunmuş 6-cı milli mədəniyyətlər festivalı keçirildi. Artıq 6-cı ildir ki, Balaşixa yerli Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Amil Ağayev Azərbaycan mədəniyyətini tədbirdə layiqincə təmsil təbliğ edir. Proqrama milli xörəklərin dequstasiyasından ibarət sərgi, eləcə də konsert proqramı daxil edilib. Azərbaycandan olan proqrama şah […]

Mikayıl Cabbarov: “Turizmin inkişafı və iqtisadi səmərəliliyinin artırılması prioritet istiqamətdir”

Azərbaycanda turizm sektorunun inkişafı və iqtisadi səmərəliliyinin artırılması prioritet istiqamətlərdəndir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Turizm işçiləri günü münasibətilə bu sahənin təmsilçilərinə təbriklərimizi çatdırır və işlərində uğurlar arzulayırıq”, – deyə o qeyd edib.

Azərbaycan Yaponiyada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan oktyabrın 26-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində (“Tourism Expo Japan”) iştirak edəcək. “Report” xəbər verir ki, ölkəmizi sərgidə Dövlət Turizm Agentliyi təmsil edəcək. Artıq bununla bağlı hazırlıqlara başlanılıb. Xatırladaq ki, “Tourism Expo Japan” 2014-cü ildən keçirilir. Sərginin təşkilatçıları Yaponiyanın Səyahət və Turizm Assosiasiyası, Yaponiya Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Yaponiya Milli Turizm […]

AZAL və turizm agentlikləri aviasiya və turizm sektorlarının inkişafını müzakirə edib

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkənin turizm agentliklərinin nümayəndələri ilə görüş keçirərək aviasiya və turizm sektorları üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib. “Report” ekosular.az AZAL-a istinadən xəbər verir. Xatırladaq ki, sentyabrın 29-da Azərbaycanda Turizm işçilərinin günü qeyd olunur. Görüşdə iştirakçılar turizm və aviasiyanın inkişaf potensialını müzakirə ediblər. Azərbaycanın bu sahədə dünya miqyasında mövqeyinin möhkəmləndirilməsi […]

Azərbaycan və İsrail arasında Turizm üzrə İşçi Qrupu yaradılır

Noyabrın 19-23-də Bakıda Azərbaycan və İsrailin turizm sektoru üzrə rəsmi şəxslərinin görüşü keçiriləcək. “Report”un əldə etdiyi məlumata görə, görüşün məqsədi iki ölkə arasında Turizm üzrə İşçi Qrupunun təşkil edilməsidir. Artıq Dövlət Turizm Agentliyi bununla bağlı hazırlıqlara başlayıb. Görüş çərçivəsində xarici qonaqlar üçün Bakı-Abşeron və Bakı-Quba turları təşkil ediləcək.

Xınalıqda 20 ev təmir-bərpa olunur

Bu il Quba rayonunun Xınalıq kəndində 20 evin təmir-bərpası həyata keçirilir. “Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov bildirib. “Hava şəraiti imkan versə, bu evlərin hamısının təmir-bərpası sona çatdırılacaq. Əks təqdirdə 17 ev təhvil veriləcək. Ümumilikdə Xınalıqda 4 il müddətində – 2021-2024-cü illərdə 60 evin təmir-bərpası […]

Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib

Quba rayonunun Xınalıq kəndində qonaq evi yaradıb turistlərə xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub. “Report” xəbər verir ki, bu, Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində baş tutub. Xatırladaq ki, sentyabrın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin […]

Azərbaycana turist axını 34% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gələnlərin 31,7 %-i Rusiya, 17,7 %-i Türkiyə, 7,5 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, […]