Ekspert: “Laçında mehmanxana kompleksinin inşası bu əraziyə turist axını deməkdir”

“Laçın şəhərinə yaxın ərazidə mehmanxana kompleksinin inşası gələcəkdə həm bu əraziyə xeyli turistin cəlb edilməsi, yəni turist axını, həm də burda beynəlxalq tədbirlərin təşkil edilməsi deməkdir”. Bunu “Report”a açıqlamasında turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bildirib. O, gələcəkdə Laçında termal sanatoriyaların da yaradılmasını məqsədəuyğun sayır: “Bu rayonlarının ərazisi dağ massivlərindən ibarət olduğu üçün onların turizm […]

Azərbaycan Dağıstanla ərəb turistlər üçün miks-turlar təşkil edə bilər

Azərbaycan və Rusiyanın Dağıstan Muxtar Respublikası ərəb ölkələrindən olan turistlər üçün qarışıq tur marşrutlarının tətbiqi imkanlarını nəzərdən keçirə bilər. “Report” xəbər verir ki, bu barədə Dağıstanın İxraca Dəstək Mərkəzi məlumat yayıb. Bildirilir ki, Dağıstanda Azərbaycandan olan tur operatorlarının biznes missiyası başa çatıb. Missiyanı Dağıstanın İxraca Dəstək Mərkəzi, Dağıstanın Turizm Nazirliyi və Turkoperatorlar Assosiasiyası təşkil edib. […]

“MasterChefTürkiye” yarışmasının növbəti buraxılışı Azərbaycana həsr edilib

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” kanalı “MasterChefTürkiye” kulinariya yarışmasının növbəti buraxılışını Azərbaycana həsr edib. Agentliyin məlumatına görə, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar. Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzələrindən kadrlar […]

Azərbaycandan xaricə səfər edənlərin sayı 20 % artıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,8 % artım deməkdir. Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana – 32,5 %, Türkiyəyə – 6,4 % artıb, İrana – 24,7 % azalıb. Azərbaycan vətəndaşlarının 42,5 %-i Türkiyəyə, 22,7 %-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 7,7 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər […]

Şahdağda motosiklet festivalı təşkil edilib

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ motosiklet festivalı” keçirilib. Şahdağda ilk dəfə olaraq təşkil edilən festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar iştirak edib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə güclərini sınayıblar. Yarışda […]

Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza almaq mümkün olacaq

Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza ala biləcəklər. APA ərəb mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müvafiq qurumları qərar verib. Məlumata görə, səkkiz yeni ölkə – Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan səfər vizalarını elektron şəkildə ala biləcək. Bu ölkələrdən olan vətəndaşlar Səudiyyə Ərəbistanına səfər […]

AZAL Cenevrəyə uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir. “Report” QSC-yə istinadən xəbər verir ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. Aviabiletləri şirkətin www.azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, […]

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin vaxtı dəyişdirilib

4 illik fasilədən sonra bu il aprelin 26-27-də Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (“AITF 2023”) vaxtı aprelin 4-6-na dəyişdirilib. Bu barədə sərginin təşkilatçısı olan şirkətdən bildirilib. Məlumata görə, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirəcək. Tədbir maraqlı tərəflərə […]

Şuşaya ilk turist səfərləri başlayır – QİYMƏTLƏR

2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub. Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Vətən müharibəsindəki şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil […]

Azərbaycan ilk dəfə qastronomik turizm imkanlarını Lüksemburqda təqdim edib

Azərbaycan qastronomik turizm imkanları ilk dəfə olaraq Lüksemburqda keçirilən Dünya Kulinariya Kuboku və 14-cü Beynəlxalq “Expogast” Qastronomiya Festivalında nümayiş etdirilib. “Report” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə milli stenddə azərbaycanlı aşpazlar tərəfindən milli mətbəx nümunələrinin müasir kulinariya metodları əsasında hazırlanmış və yenilənmiş […]