Fuad Nağıyev: “Azərbaycanda turizm sənayesi 50 % bərpa olunub”
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından sonra ölkəmizdə turizmin bərpası sürətlənib, bu ilin yanvar-oktyabr aylarında turizm sektorunda ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artım müşahidə edilib, ümumilikdə turizm sənayesi 50 % bərpa olunub. “Report” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev bildirib. O, bu barədə Agentliyin və Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı […]
Azərbaycanın qış və müalicəvi turizm imkanları Qazaxıstanda təbliğ edilib
Azərbaycanın qış və müalicəvi turizm məhsullarının tanıdılması məqsədi ilə 14-16 noyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstanın Almatı və Astana şəhərlərində seminarlar təşkil olunub. Keçirilən tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzi, “Shahdag Hotel & SPA”, “Zirvə”, “Qalaaltı Hotel &SPA”, “Lankaran Springs Wellness Resort”, “Garabag Resort & SPA”, “Chinar Hotel & SPA Naftalan”, “Gashalti […]
“CNN Arabia” Qəbələnin Nic kəndi haqqında reportaj yayımlayıb
Dubaydan yayımlanan “CNN Arabia” telekanalının efirində Azərbaycanın Qəbələ rayonunun Nic kəndi haqqında reportaj təqdim olunub. AZƏRTAC xəbər verir ki, reportajda bu kənddə yaşayan udinlərin adət-ənənələri, multikultural ölkə olan Azərbaycanın xristian olan bu vətəndaşlarının dini ayinləri, Qafqaz Albaniyası dövründən qalan abidələri barədə ətraflı məlumat verilib. Süjeti təqdim edən jurnalist qeyd edib ki, bu tayfalar III-VIII əsrlərdə […]
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu birgə layihələr həyata keçirəcək
2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri və Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr […]
CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımlayıb
“Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “CNN International” kanalına müsahibəsində bildirib. Müsahibə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində baş tutub. Azərbaycan rəsmisini kanalın tanınmış jurnalisti Riçard Kvest danışdırıb. Müsahibə […]
Rusiya turizm bazarında Azərbaycana dağ-xizək turlarına maraq artır
Avropa dağ-xizək kurortlarının əlçatmazlığı bu qış istirahətinin rusiyalı pərəstişkarlarını daha yeni alternativ variantlar axtararaq, seçimlərini dəyişməyə vadar edir. AZƏRTAC Rusiya turoperatorları Assosiasiyasının saytına istinadla xəbər verir ki, Şahdağ kurortuna turları realizə edən şirkətlər sıralarına “FUN&SUN” iri federal şirkəti də daxil olub. Assosiasiya xatırladır ki, Şahdağ Azərbaycanın tarixində ilk dağ-xizək kurortudur və Şahdağ milli parkının bir hissəsidir. […]
Özbək bloqçu: “Bakı o qədər gözəldir ki, getmək istəmirsən”
Özbəkistandan olan tanınmış bloqçu, Özbəkistan-Qazaxıstan-Azərbaycan-BƏƏ-Qətər beynəlxalq avtomarafonunun iştirakçısı Asal Saparbayeva Bakının gözəlliyinə heyran olduğunu bildirib. Milyonlarla izləyicisi olan bloqçu “Report”a müsahibəsində MDB ölkələrini tez-tez gəzdiyini və digər postsovet ölkələrinə bənzər nəsə görəcəyini gözlədiyini, amma yaxşı mənada təəccübləndiyini bildirib: “Bura o qədər gözəldir ki, getmək istəmirsən”. Sosial şəbəkələrdə “Littos” adı ilə məşhur olan A.Saparbayeva avtomarafonda yeddi iştirakçıdan […]