Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ədviyyatlar və bulyonlar qışda artıq çəki yığmamağa kömək edir

Mütəxəssislər artıq çəki yığmamaq üçün qışda ədviyyatlardan istifadə etmək və bulyon yeməyi tövsiyə edirlər.
Diyetoloq Anna Qonçarova hesab edir ki, ədviyyatlardan istifadə edilməsi piyin intensiv şəkildə sərf edilməsinə kömək edən aktiv mübadilə proseslərinin dəstəklənməsi üsullarından biridir.
AZƏRTAC “Pravda.ru” nəşrinə istinadla xəbər verir ki, “Darçın, zəncəfil, mixək, hil, eləcə də portağal və limon qabıqları immuniteti viruslardan müdafiə etməklə yanaşı, həm də maddələr mübadiləsinin sürətləndirilməsi və orqanizmdən mayenin çıxarılmasına kömək edir”.
Hazırlanmasında nanə, giləmeyvələr, meyvələrdən istifadə edilən içkilər də qışda artıq çəkinin profilaktikası üçün faydalıdır. Anna Qonçarova quru meyvələrdən hazırlanmış təbii kompotu (şəkərsiz) qışda orqanizm üçün ən yaxşı maye mənbələrindən biri adlandırıb – belə içkinin tərkibində immun sistemi, maddələr mübadiləsinin işinə müsbət təsir edən mikroelementlər var.
Bundan başqa, qış menyusuna bulyonlar daxil olmalıdır. Mütəxəssisin sözlərinə görə, ördək və ya toyuq bulyonunun istehlakı maddələr mübadiləsi, immunitetin yaxşılaşdırılmasına köməklik edir: onlar orqanizmə faydalı piy verirlər.
Diyetoloq yeməkləri “yağsız ət və tərəvəz” prinsipinə uyğun olaraq tərtib etməyi məsləhət görüb.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir