Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Bakıda “Azərbaycanda Kistoz fibrozda yeni dövr” adlı tədbir keçiriləcək

21 – 22 noyabr tarixlərində JW Marriott Abseron otelində “Azərbaycanda Kistoz fibrozda yeni dövr” adlı tədbir keçiriləcək. Tədbir Kistik Fibroz Xəstələrinə Yardım İçtimai Birliyi və Azərbaycan Pediatriya Cəmiyyəti birlikdə təşkil ediləcək. Bu haqda saytmıza Kistik Fibroz Xəstələrinə Yardım İçtimai Birliyinin sədri Səadət Bayramova məlumat verib: “Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi və Azərbaycan Pediatriya Cəmiyyəti olaraq məqsədimiz ölkəmizdə tibb personalının maarifləndirilməsi, diaqnostikanın və müalicənin təşkili, həmçinin əlaqədar qurumların iştirakı ilə ölkə xaricindən həkim qrupunun dəvət edilməsi və onların iştirakı ilə tədbirlərin keçirilməsini təşkil etməkdir” .

Rəsmi hissədə əlaqədar dövlət və səhiyyə qurumları,VCT nümayəndələri, Türkiyə Respublikasından qonaqlar iştirak edəcəklər. Tədbir əvvəldən planlaşdırıldğı kimi digər saat və gündə  birlik tərəfindən dəvət olunmuş pediatr, terapevt və pulmonoloqlarla təlim kecilərək davam edəcəkdir.

Qeyd edək ki, tədbirdə Kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə, yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatının davamlılığı, yaranan problemlərin həlli yolları müzakirə ediləcək.

Məlumat üçün bildirək ki, Kistik Fibroz Xəstələrinə Yardım İçtimai Birliyi (KiFYİB) 2017-ci ildə təsis olunub. Təsis olunduğu vaxtdan Kistoz fibrozlu pasientlərin hüquqlarını müdafiə etməyə digər tərəfdən ictimaiyyət arasında maarifləndirməni  aparmağa davam edir.

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir